Modern.az

Sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirildi

Sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirildi

İqtisadiyyat

9 Dekabr 2015, 12:26



Dekabr ayının 13-dən sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq ediləcək. “Azərbaycan Dəmir Yolları “Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Modern.az saytına verdiyi məlumata görə, qatarlar aşağıdakı cədvəl üzrə hərəkət edəcək:

“55/56 saylı Bakı-Moskva-Bakı sürət qatarı həftədə bir dəfə IV günlər;

- 369/370 saylı Bakı-Xarkov-Bakı sərnişin qatarı qış mövsümündə dekabrın 13-dən 2016-cı il aprelin 14-dək və həmin il oktyabrın 19-dan dekabrın 8-dək dörd gündən bir, ayın tarixləri ilə Bakı-Mineralnıye Vodı-Rostov-Valuyki-Topoli-Xarkov marşrutu ilə;

- 449/450 saylı Bakı-Xarkov-Bakı sərnişin qatarı yay mövsümündə 2016-cı il aprelin 23-dən oktyabrın 15-dək, həftədə iki dəfə II və VI günləri, Bakı-Həştərxan-Volqoqrad-Valuyki-Topoli-Xarkov marşrutu ilə;

- 391/392 saylı Bakı-Rostov-Bakı sərnişin qatarı yay mövsümündə aprelin 24-dən oktyabrın 17-dək, dörd gündən bir, ayın tarixləri ilə hərəkət edəcək.

Bundan başqa, texniki səbəblərə görə :

- 55/56 saylı Bakı-Moskva-Bakı sürət qatarı Bakıdan bu il dekabrın 31-də, geriyə Moskvadan 2018-cı il yanvarın 2-də bir reys hərəkətdə olmayacaq.

- 369/370 saylı Bakı-Xarkov-Bakı sərnişin qatarı 2015-ci ildə axırıncı dəfə dekabr ayının 25-də Bakıdan yola düşəcək, 2016-cı ildə isə birinci dəfə yanvar ayının 9-da Bakıdan yola düşəcək.

Ölkə daxilində hərəkət edən sərnişin qatarları, Bakıdan çıxma və Bakıya çatma vaxtlarında bəzi dəyişiklik edilməklə, öz hərəkət cədvəli üzrə hərəkətdə olacaq.



Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...