Modern.az

Məşhur aktyor “omicron” ştammına YOLUXDU

Məşhur aktyor “omicron” ştammına YOLUXDU

Mədəniyyət

4 Yanvar 2022, 15:09

Türkiyənin məşhur kino və teatr aktyoru, 74 yaşlı Erdal Özyağcılar koronavirusa yoluxub.

Modern.az xəbər verir ki, Özyağcılar xəbəri sosial media hesabında paylaşıb:

"Narahat olmayın, peyvənd vurmuşam, heyrətamizəm. Qrip kimi bir şeydir, amma siz yenə də diqqətli olun. Pəyvəndlərinizi vurdurun. Əyləncələrə görə qapalı yerlərdən uzaq durun".

"Xoş gəldin rəssam" adlı teatr tamaşasının önümüzdəki günlərdə nümayişini yada salan aktyor tamaçılara səslənərək deyib: "biletləri ləğv etməyin, 10 gün sonra görüşərik".

Erdal Özyağcıların koronavirusun "omicron" ştammına yoluxduğu deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV