Modern.az

Prezident sərəncam İMZALADI - Abidə ucaldılacaq

Prezident sərəncam İMZALADI - Abidə ucaldılacaq

Mədəniyyət

8 Oktyabr 2022, 17:46

Görkəmli Azərbaycan memarları Mikayıl Ələsgər oğlu Hüseynovun və Sadıq Ələkbər oğlu Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə birgə abidəsi ucaldılacaq.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Bakı şəhərində görkəmli memarlar Mikayıl Hüseynovun və Sadıq Dadaşovun vahid kompozisiya şəklində birgə abidəsi ucaldılacaq.

 

Bakı Şəhər İcra Hakimiyyətinə Mədəniyyət Nazirliyi ilə birlikdə Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!