Modern.az

Jurnalist rektorun köməkçisi təyin olundu

Jurnalist rektorun köməkçisi təyin olundu

Media

26 Oktyabr 2018, 15:12

Bakı Avrasiya Universitetində kadr dəyişikliyi olub.

Modern.az-ın məlumatına görə, 2012-ci ildən sözügedən universitetin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri vəzifəsini tutan, tanınmış jurnalist Şəfahət Avılbəyli rektorun köməkçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Şəfahət Avılbəyli uzun müddət müxtəlif media orqanlarında və informasiya agentliklərində redaktor, baş redaktor vəzifələrində çalışıb. 2003-cü ildən Araşdırmaçı Jurnalistlər Liqasının baş katibidir.

Bakı Avrasiya Universitetinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə isə İqrar Eyvazov təyin olunub.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...