Modern.az

Naxçıvan Ali Məclisinə əlavə seçkilər təyin edilib

Naxçıvan Ali Məclisinə əlavə seçkilər təyin edilib

Aktual

8 İyun 2016, 00:11

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilər təyin edilib. Modern.az saytı xəbər verir ki, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

 

Sərəncama əsasən 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilib.

 

Qeyd edək ki, 1 noyabr 2015-ci ildə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə 45 saylı Aza Seçki Dairəsindən deputat seçilmiş İlhamə Mustafayeva Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək deputat mandatından imtina edib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok