Arxiv
11 İyun 2016, 20:14 | AKTUAL
Nazir baytarlıq xidməti rəislərini danladı

Bu gün Kənd Təsərrüfatı Nazirliyində “Bakı şəhər Baytarlıq İdarəsinin fəaliyyəti və qarşıda duran vəzifələrə dair” geniş tərkibdə iclası keçirilib. Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, iclasda nazirliyin kollegiya üzvləri, şöbə müdirləri, müvafiq qurumlarının rəhbərləri, Baytarlıq Xidmətinin məsul işçiləri, Bakı şəhər Baytarlıq İdarəsinin rəhbərliyi və tabeliyində olan baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının müdirləri, sahə baytarlıq məntəqələrinin müdirləri, eləcə də Respublika Baytarlıq Laboratoriyasının mütəxəssisləri iştirak ediblər.

İclası kənd təsərrüfatı naziri  Heydər Əsədov açaraq ölkə rəhbəri tərəfindən aqrar sektora göstərilən diqqət və qayğıdan, həyata keçirilən institutsional islahatlardan danışaraq, respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasında Baytarlıq Xidmətinin müstəsna rolu olduğunu qeyd edib. İclasda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov Bakı şəhər Baytarlıq İdarəsinin fəaliyyəti və mövcud nöqsanlar barədə geniş və əhatəli məlumat verib.

Daha sonra iclasda baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının fəaliyyəti barədə hər bir baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının (BSEL) rəhbərinin məlumatı dinlənilib.

İclasda işdə ciddi nöqsanlara yol verdiklərinə və işlərini günün tələbləri səviyyəsində qura bilmədiklərinə, alınmış müasir baytarlıq laboratoriya avadanlıq və reaktivlərindən səmərəli istifadəsini təmin etmədiklərinə görə  2 saylı BSEL-in müdiri Mehri Əliyeva, 6 saylı BSEL-in müdiri Gülnarə Sadıqova və 20 saylı BSEL müdiri Nüşabə Abdullayeva tutduqları vəzifədən azad edilib. Həmçinin, 9 saylı BSEL-in müdiri Almaz Bağırova, 10 saylı BSEL-in müdiri Canbaxış Vəliyevə, 17 saylı BSEL-in müdiri Saleh Arazova axırıncı xəbərdarlıq olmaqla şiddətli töhmət elan edilib. 18 saylı BSEL-in müdiri Əlixan İbrahimova, 23 saylı BSEL-in müdiri Yusif İbrahimova, 24 saylı BSEL-in müdiri Süleyman Əhmədova, 5 saylı BSEL-in müdiri Ramazan Eminova töhmət verilmiş, 8 saylı BSEL-in müdiri Ramiz Əsgərova, 13 saylı BSEL-in müdiri Əbülfət Əsədova xəbərdarlıq edilib. Qısa müddətdə işlərində dönüş yaratmadıqları təqdirdə daha ciddi tədbirlər görüləcəyi onların nəzərlərinə çatdırılıb.

İclasa yekun vuran nazir Heydər Əsədov bu sahədə mövcud nöqsanların aradan qaldırılması məqsədilə laboratoriyaların maddi-texniki bazasının yaxşılaşdırılması, dərman vasitələri ilə təmin edilməsi, uçot-hesabat işlərinin lazımı səviyyədə aparılması, bu sahəyə gənc mütəxəssislərin cəlb olunması, heyvan kəsim məntəqələrinin və ət satışı mağazalarının yenidən qeydiyyatının aparılması, keyfiyyətsiz ətlərin satışının qarsısının alınması üçün baytarlıq nəzarətinin gücləndirilməsi və mövcud nöqsanların qısa müddətdə aradan qaldırılması üçün baytarlıq mütəxəssislərindən ibarət monitorinq qrupunun yaradılmasını məqsədəmüvafiq hesab etdi.

28 BSEL-nın müdiri vəzifəsinə yeni rəhbərlər təyin olunub.

Modern.az

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Pensiya sisteminin inkişafına dair yol xəritələri hazırlanır” - Nazir 14 Oktyabr 2019, 15:04 Prezident və birinci xanım Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar 14 Oktyabr 2019, 15:02 Hadi Rəcəbli: “Fikirlərimi yenə təhrif ediblər” 14 Oktyabr 2019, 14:54 Türkiyə Suriyadakı əməliyyata görə təklənə bilər? – Politoloq ŞƏRHİ 14 Oktyabr 2019, 14:50 Qlobal yoxsulluqla mübarizə apranlar Nobel Mükafatı qazandı 14 Oktyabr 2019, 14:43 “Paşinyan nədir ki, onun dediyi fikirlər də əhəmiyyətli olsun” - Rüstəm Xəlilov 14 Oktyabr 2019, 14:41 İnsan alveri qurbanına çevrilməmək üçün: Öz çətirinizi yaradın 14 Oktyabr 2019, 14:36 Jurnalist Mülatif Adurov xəstəxanadan evə buraxıldı 14 Oktyabr 2019, 14:31 “Siz terrorçuların, yoxsa NATO üzvü olan Türkiyənin yanında olmalısınız?” - Ərdoğan 14 Oktyabr 2019, 14:21 Özbəkistan prezidenti Bakıya gəldi 14 Oktyabr 2019, 14:19 Türk qırıcıları terrorçuları havaya uçurdu - anbaan VİDEO 14 Oktyabr 2019, 14:12 Arif Hacılı: “Müsavatın rəhbərliyində yeni simalar olacaq” 14 Oktyabr 2019, 14:09 Nazir saxta əlillik alanlardan danışdı: “Onların kateqoriyası müxtəlifdir” 14 Oktyabr 2019, 14:08 Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir 14 Oktyabr 2019, 13:52 “Prezident mübarizəni həm bizə, həm dünyaya, həm də ermənilərə göstərdi” 14 Oktyabr 2019, 13:41 Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur” 14 Oktyabr 2019, 13:32 Çempionlar Liqasının finalına ev sahibliyi İstanbuldan geri alınır? 14 Oktyabr 2019, 13:28 Polşadakı Azərbaycan icması ilə görüşə Cəlil Məmmədquluzadənin nəticəsi də gəldi - FOTOLAR 14 Oktyabr 2019, 13:17 İlham Əliyev Ərdoğanla “Barış pınarı”nı müzakirə edəcək 14 Oktyabr 2019, 13:14 “İlham Əliyev Aşqabadda çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa etdi” 14 Oktyabr 2019, 13:10 Elmar Məmmədyarov Mevlüt Çavuşoğlu ilə müzakirə apardı 14 Oktyabr 2019, 13:07 Tural Gəncəliyev: “Bu,Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yoludur” 14 Oktyabr 2019, 13:05 Bakı məktəblisi şahmat üzrə dünya çempionu oldu 14 Oktyabr 2019, 12:55 Uşaqların övladlığa verilməsində YENİLİK - Nazir AYDINLIQ GƏTİRDİ 14 Oktyabr 2019, 12:51 Ərdoğan Suriya məsələsində Putinlə razılaşıb 14 Oktyabr 2019, 12:47 Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ 14 Oktyabr 2019, 12:47 Ərdoğandan Azərbaycana səfəröncəsi açıqlama: "Bakıya çatan kimi..." 14 Oktyabr 2019, 12:45 Almaniyanın Azərbaycandakı səfiri ilə Ekologiya Nazirliyində olub 14 Oktyabr 2019, 12:41 Nazirdən müavinətlərlə bağlı yeni XƏBƏR: “Müraciətlərə ehtiyac olmayacaq” 14 Oktyabr 2019, 12:32 Kataloniya separatçılarına hökm oxundu   14 Oktyabr 2019, 12:32 Bakıda Məmmədyarov-Aydarbekov görüşü baş tutdu - FOTO 14 Oktyabr 2019, 12:18 Dövlət Əməyin Mühafizəsi Fondu işə başlayacaq 14 Oktyabr 2019, 12:13 Paşinyan burnunu qaşıyır, gözünü döyürdü… 14 Oktyabr 2019, 12:10 Türk Şurasına sədrlik Azərbaycana keçdi 14 Oktyabr 2019, 12:07 Evindən oğurluq edən Quba sakini saxlanıldı 14 Oktyabr 2019, 12:05