Modern.az

Azərbaycandakı yeganə kolxozu niyə ləğv etmirlər?

Azərbaycandakı yeganə kolxozu niyə ləğv etmirlər?

İqtisadiyyat

22 İyun 2016, 13:22

Uzun illər əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində bir çox istehsal və emal  sahələri ilə məşğul olan təşkilatlar – aqrar- sənaye  kombinatları (52)  və  onların  tabeliyində 2058 ədəd kolxoz və sovxoz  təsərrüfatları  fəaliyyət  göstərib.  Bunlarla  yanaşı, 94 şərab zavodu, 30 konserv zavodu, 32 ət və süd kombinatı,  17  pambıqtəmizləmə  zavodu, 7 tütün kombinatı, qənnadı məmulatları  müəssisələri, elmi-tədris və elmi-tədqiqat institutları  olub.

 

Ölkənin cəmi 8641,5 min ha ərazisinin 4118,3 min hektarı kənd təsərrüfatına  yararlıdır. 1996-cı ildə qəbul olunmuş “Torpaq islahatları haqqında” qanuna  əsasən, 8641,5 min hektarın 3,8 mln hektarının 45%-i dövlət mülkiyətində, 1,9  mln  hektarının 22%-i  xüsusi mülkiyyətdir.

 

Həmin dövrdən etibarən  torpaqlar   tam  özəlləşdirilib, bir sıra dövlət əhəmiyyətli təsərrüfatlar istisna  olmaqla, ölkədə kolxoz və sovxozların fəaliyyətinə xitam   verilib.

 

Buna baxmayaraq, hazırda İsmayıllı rayonun İvanovka kəndində kolxoz sistemi saxlanır. Həm də adambaşına 50 manat maaş hesabına. Sovet dövründə olduğu kimi, böyük çoxluq oğurluqla məşuldur. Kimisi ot, kimisi yem oğurlayır.

Maraqlıdır ki, İvanovkada sovetdənqalma sistemin fəaliyyəti niyə ləğv olunmayıb?

 

Modern.az saytının məsələ ilə bağlı suallarını Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə cavablandırıb.

 

Onun sözlərinə görə, İvanovkada kolxozun saxlanması fermerlərin istəyinə əsasən olub:

“Həmin dövrdə mərhum Prezident Heydər Əliyevin iştirakı ilə islahatlarla bağlı müşavirə keçirilirdi. İvanovkalılar kolxoz formasının saxlanmasını istədilər. Heydər Əliyev də müsbət rəy verdi. Beləliklə, İvanovka yeganə olaraq kolxoz sistemini saxlayan bölgə oldu”.

F.Fikrətzadənin sözlərinə görə, İvanovkadakı sistem kolxoz kimi normal şəkildə fəaliyyətini davam etdirmir. Çünki, kolxozun xüsusi gəlir göstəriciləri yoxdur.

 

Hazırda İvanovkda 40 istehsalçı, 5370,36 hektar becərilən əkin sahəsi, 3176,18 ha taxıl (qarğıdalısız), 296 ha üzüm bağı, 1898,18 ha digər əkmələr var. Veriləsi yardımın miqdarı 268518 manatdır. Ərazidə qarğıdalı, pambıq, kartof, tərəvəz yetişdirilmir.

 

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü