Modern.az

Roma papası “erməni soyqırımı” abidəsini ziyarət etdi – FOTOLAR

Roma papası “erməni soyqırımı” abidəsini ziyarət etdi – FOTOLAR

25 İyun 2016, 09:51

Ermənistanda səfərdə olan Roma papası I Fransisk “erməni soyqırımı” abidəsini ziyarət edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, papanı Tsisernakaberd memorial kompleksinin girişində prezident Serj Sarkisyan və xanımı Rita Sarksiyan qarşılayıb.

 

 Fransisk onların və katolikos II Qareginin müşaiyəti ilə “soyqırımı” abidəsinə əklil qoyub və dualar edib.

 

Daha sonra isə o, “soyqırımı muzeyi”nə gedib və fəxri qonaqlar üçün olan kitaba öz ürək sözlərini yazıb.

 

Roma papası bu gün Gümrü şəhərinə gedəcək və yerli Vardanants meydanında dualar edəcək.

 

Həmçinin, şəhərdəki erməni katoliklərlə görüşlər keçirəcək.

 

Axşam isə yenidən Yerevana qayıdaraq dünyada sülhün bərqərar olması üçün dini ayin keçirəcək.    

 

 

 Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər