Modern.az

İstanbuldakı məktəbdə bıçaqlanma: 5 şagird yaralandı

İstanbuldakı məktəbdə bıçaqlanma: 5 şagird yaralandı

Dünya

Bu gün, 13:32

İstanbulun Başakşehir rayonunda Şeyx Şamil adına orta məktəbdə şagird qız həmyaşıdlarına bıçaqla hücum edib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İstanbul Valiliyinin açıqlamasına görə, hadisə yerli vaxtla saat 08:40 radələrində baş verib. Məktəbdə şagirdlər arasında mübahisə yaranıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 5 şagird yaralanıb. Hazırda məlumat dəqiqləşdirilir.

Hadisə yerinə təcili yardım və digər təcili xidmət əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisədən sonra məktəbdəki bütün şagirdlər təxliyə edilib.

Hücumu törədən şagird saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə hərəkətə keçdi - Ordusu müharibəyə girir