2010-cu ilin dövlət büdcəsindən dövlət müəssisələrinin əməkdaşlarının ezamiyyə xərclərinə 41 milyon 217 min manat vəsait xərclənəcək. Modern.az-ın məlumatına görə, bu barədə 2010-cu ilin dövlət büdcəsi zərfində göstərilib. Çox maraqlıdır ki, həmin vəsaitin 19 milyon manatı ölkədaxili ezamiyyə xərcləri üçün nəzərdə tutulub. Məmurların ölkə xaricinə ezamiyyə xərclərinə isə bundan cəmi 3 milyon manat çox (22 milyon) vəsait xərclənəcək. Bundan başqa, dövlət büdcəsindən dövlət müəssisələrində çalışanların telefon danışıq xərclərinə 9 milyon 206 min manat vəsait nəzərdə tutulub. Bunun 1 milyon 306 min manatı beynəlxalq danışıq haqlarının ödənilməsinə yönəldiləcək.
Maraqlıdır ki, dövlət büdcəsindən ölkədaxili telefon danışıq xərclərinə 7 milyon 900 min manat sərf olunacaq. Bu, çox böyük rəqəm sayıla bilər.
Belə çıxır ki, büdcə təşkilatlarında işləyənlərin bir çoxunun hətta mobil telefon danışıqlarının xərclərini dövlət ödəyir.