Arxiv
13 Oktyabr 2016, 10:33 | FOTOSÖHBƏT
Jurnalist Hidayət Elvüsalla FOTOSÖHBƏT

Modern.az saytı tanınmış jurnalist Hidayət Elvüsalla FOTOSÖHBƏT layihəsini davam etdirir.

 

Hidayət Yunis oğlu Elvüsal 1949-cu ildə Kəlbəcər rayonunda anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və yerli radioda çalışıb.


Sonrakı illərdə “Azərbaycan gəncləri”, “Kommunist”, “Səhər” və başqa qəzetlərdə işləyib.

Ailəlidir, 2 oğlu var. 


Hidayət Elvüsal şəkilləri şəkilatı sözlərlə belə şərh edir:

Bu, məncə 4-cü sinifdə oxuduğum zamanlardı. Boynumda pioner qalstuku var. Hərçənd, pionerə qəbul günü qalstuku itirdiyimdən getməmişdim. Sonralar başqasını bağladım: “Mən Sovet İttifaqının gənc pioneri  kimi öz yoldaşlarımın qarşısında təntənəli surətdə and içirəm ki...”

Orta məktəb illəri. Əli  İlyasov ingilis dilindən dərs deyirdi. O zaman “tiçə” və "qudbay” dan başqa bir şey öyrənə bilmədim. 

Sinif yoldaşlarım – Eldar, Süleyman, Məhiyəddin. Papaq və çomaq  “Raykom"un qarovulçusu Bəylər kişinindir. Elə onun qoruduğu bağdayıq. 

Köhnə fotolar daha çox şeylər danışır. İstisu – Kəlbəcərin isti ürəyi. O zaman bu günlərin gələcəyini nə biləydik...

Əsgər gedirəm. Atam və əmioğullarım, qonşumuzun uşağı məni yola salırlar. 

Bu da “Sovet ordusu” dediyimiz rus ordusu. 2 ilimiz də orada əridi.

İstisu. Arabir baş çəkərdik. Hər dəfə də bir dava-dalaş olurdu. Sonra barışıb sudan-filandan içirdik.

Tələbəlik illəri. ADU-nun (indiki BDU) idman zalı. O zaman həm babat futbol, həm də v0leybol oynayırdım. İndi isə... "şaşki" oynaya bilirəm...

Tələbə yoldaşlarımla təsadüfi görüş çox şirin olur. Deyirəm ki, uşaqlar bu gün ana, ata, dayı olublar.

Nəhayət “Azərbaycan gəncləri” qəzeti. O zaman 500 min tirajla çap olunan ən populyar qəzet. Orada çalışmaqdan qürur duyurduq. Şahmar Əkbərzadə, Tofiq Mütəllibov, mən...

Bunlar da iş yoldaşlarımdı. Korrektor və “oxucular”. Yaxşı insanlardı.

“Səhər” qəzeti... Əziz müəllimimiz və ağbirçəyimiz Əzizə Cəfərzadə ilə. Tez-tez bizə baş çəkərdi. Zarafatla mənə deyirdi ki, “sən pis oxudun, amma yaxşı yazırsan”. “Belə-belə işləri" çox deyərdi”.

Dostum Yaşar Nuri. Hər gələndə xeyli söhbət edərdik. Ciddiydi, sadəliyi onu bizə həm də bir insan kimi sevdirmişdi. Arabir çaydan-zaddan içirdik.

Məzahir Süleymanzadə. “Səhər”ə bir gəldik. Daha doğrusu “Səhər” onun ideyası idi. Bütün MDB məkanında (hətta SSRİ) müstəqil informasiya qəzeti idi. Ad günləri, toylar və s. ilk dəfə məhz bu qəzetdə dərc olundu.

Bəxtiyar Vahabzadə “Səhər”in ən yaxın dostu, oxucusuydu. Hər görüşəndə  yol göstərərdi. Özünü qəzetimizin bir üzvü kimi hiss etdiyini söyləyərdi. 

Dünya şöhrətli yazıçı Çingiz Aytmatov. Böyük insanların sadəliyi həmişə qəribə təsir bağışlayır. Ona baxarkən bu həqiqəti bir daha dərk etdim.

Zülfüqar Rüfətoğlu, Famil dostumuz və mən. İsmayıllı meşələrindəyik...

Rauf Umudov yaxşı fotoqraf idi. Bəzən güclə səni otuzdurub şəklini çəkərdi. Nə yaxşı ki, çəkib. Yoxsa elə bilərdilər ki, dünyaya elə belə ağ saçlı qocalar kimi gəlmişik.

“Səhər”. Süfrə arxasında səhərin növbəti nömrəsini planlaşdırırıq. İş zamanı istirahəti, söhbəti də unutmurduq.  Budur Şakir Yaqubov, Məzahir Süleymanzadə, mən və Süleyman Qaradağlı. 

Və... Ağır günlər... Həmkarımız Salatın Əkbərovanın dəfni. Onu son mənzilə yola salırıq. 

Ağdərə. Əsgərlər bizi görən kimi yanımıza gəldilər. Aterkdə  şəkil çəkdirdik. Oralar ermənilərdən təmizlənmişdi. Çingiz Əsgər və Mahir Süleymanov da orada idilər. (əməkdaşımızdı)

Şamil Sabiroğlu. Cəbhədən gələndə çoxlu məlumatlar  verdi. Ən ağır xəbəri də o verdi və ilk dəfə “Səhər”də Xocalı faciəsi dərc edildi.

Rus qoşunları Kəlbəcəri isğal edib, ermənilərə pay vermək istərkən rusların Azərbaycandakı səfirliyi qarşısında nümayiş  keçirdik. Amma Moskvaya Qarabağımızın bir hissəsini  hədiyyə etdik...

O ağır günlərdə Kəlbəcərə getdik. Dostum Araz Qurbanov anamla mənim şəklimi elə öz bağımızda çəkmişdi. İndi isə nə anam var, nə də o bağ..

Hər döyüşçü bizim üçün bir xəbər, bir ümid idi...

Bəzən ümid daha çox olurdu, əlbəttə çox idi. Amma xəyanət xəncəri kürəyimizə saplanmışdı.

Belə... Bu da mənə verilən “Dan ulduzu” mükafatının təqdimatı.

Türkiyə - Kayseri. Həmkarlar – Emin Eminbəyli  Telman Fərəcov, İmamverdi İsmayılov (millət vəkili).

Türkiyə- Kırıkkale. Türkiyəli həmkarlarla bir arada.

Və bu qədər. Elə də maraqlı bir həyatım olmayıb deyəsən. Amma buna da şükür. Bu şəkillərim də kənddə  qala bilərdi. Və bəlkə də ən maraqlılarını təqdim edə bilmədim...

 

Pərvin ARZUQIZI

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha bir ölkə Türkiyəyə silah satışını dayandırdı 16 Oktyabr 2019, 00:34 Paşinyan Qarabağı geri qaytarmağa hazırdır - Generaldan şok açıqlama 16 Oktyabr 2019, 00:21 Suriyada 611 terrorçu məhv edilib 16 Oktyabr 2019, 00:04 Bakıda qadınlar arasında əlbəyaxa dava  15 Oktyabr 2019, 23:49 Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar 15 Oktyabr 2019, 23:30 Zəngəzurun Ermənistana verilməsi... 15 Oktyabr 2019, 23:16 Koreya rəsmisi Azərbaycana gəldi 15 Oktyabr 2019, 22:59 Bakıda marşrut avtobusu piyada qadını vurdu 15 Oktyabr 2019, 22:38 Nazir Avropa İttifaqı ilə əməkdaşlığı müzakirə etdi 15 Oktyabr 2019, 22:23 Gürcüstanda zəlzələ oldu 15 Oktyabr 2019, 22:04 Azərbaycan - İsveçrə oyununda yanğın 15 Oktyabr 2019, 21:44 Türkiyə ordusu Suriyada iki şəhid verdi - FOTO 15 Oktyabr 2019, 21:29 Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilən tədbirdə - FOTO 15 Oktyabr 2019, 21:12 Ramil Usubov təhlükəsizlik məsələlərini müzakirə etdi 15 Oktyabr 2019, 20:57 Azay Quliyev seçicilərini qəbul edib - FOTO 15 Oktyabr 2019, 20:43 Prezident 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları ilə bağlı müşavirə keçirdi 15 Oktyabr 2019, 20:28 Hərbi helikopter qəzaya uğrayıb 15 Oktyabr 2019, 20:15 Yasamalda ağac qırılıb avtobus dayanacağına düşdü: Yaralılar var 15 Oktyabr 2019, 20:02 Azərbaycan millisi San Marinonu məğlub edib 15 Oktyabr 2019, 19:52 Azərbaycan Rusiyaya NOTA verib 15 Oktyabr 2019, 19:20 Nəsimidə ikimərtəbəli ev yanıb 15 Oktyabr 2019, 19:03 Rövşən Rzayev vətəndaşları qəbul etdi 15 Oktyabr 2019, 18:59 Ceyhun Bayramov dünya çempionu olan məktəbli ilə görüşüb 15 Oktyabr 2019, 18:57 Əli Əhmədov: “Bu günə qədər 300 minə qədər köçkün mənzillə təmin olunub” 15 Oktyabr 2019, 18:46 Deputat: “Bu görüş tarixi əhəmiyyətə malikdir” 15 Oktyabr 2019, 18:43 ƏDV nə zaman qaytarılacaq? - RƏSMİ 15 Oktyabr 2019, 18:33 Ərdoğan Bakıdan getdi - FOTO 15 Oktyabr 2019, 18:19 Ərdoğanın “bir millət, altı dövlət” fikri alqışlandı: “Qardaşların bir arada olması hamını güclü edər” 15 Oktyabr 2019, 18:09 “Volkswagen” Türkiyədə avtomobil zavodunun tikintisindən imtina etdi 15 Oktyabr 2019, 17:48 Bir neçə məktəb direktorunun işi məhkəmədədir” - Nazir müavini 15 Oktyabr 2019, 17:45 Azərbaycanın kəndli qadınları - 15 oktyabr onların GÜNÜDÜR 15 Oktyabr 2019, 17:40 Goranboy bu məhsulun tədarükünə görə ilk sıralardadı   15 Oktyabr 2019, 17:39 Binəqədidə “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi 15 Oktyabr 2019, 17:37 Bu şəkilə görə İstanbul Çempionlar Liqasının finalından məhrum ola bilər - FOTO 15 Oktyabr 2019, 17:31 Mehriban Əliyeva akademikin yasına gəldi - FOTOLAR 15 Oktyabr 2019, 17:26