Modern.az

Azərbaycan bu il turizm bumu YAŞADI - AÇIQLAMA

Azərbaycan bu il turizm bumu YAŞADI - AÇIQLAMA

4 Noyabr 2016, 12:14

Necə olur ki, Gürcüstana turist axını çoxdur, amma Azərbaycanda yoxdur?

 

Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Turizm haqqında"  qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

Deputat bildirib ki, bu yay Bakıda və rayonlarda turist qəbul etmək üçün yer olmayıb:

 

“Bu yay Bakıda və rayonlarda rayonlarda turistləri qəbul etmək üçün bir dənə də yer yox idi. Bu necə oldu? Təbii ki, cənab prezidentin sərəncamlarının icra olunması buna müsbət təsir etdi. Viza rejimi aradan qaldırıldıqdan sonra bu kimi müsbət tendensiyalar baş verdi”.

 

Hadi Rəcəblinin sözlərinə görə, Azərbaycan bu il turizm bumu yaşayıb:

 

“Bu gün Bakıya ərəblərin axını davam etməkdədir. Ərəbləri qiyafəsindən tanıyırıq. İranlıları da çarşablarından bilinir. Azərbaycan bu il turizm bumu yaşadı. Bu bir daha sübut etdi ki, son 13 ildə otel  biznesi 6 dəf artmasına baxmayaraq Azərbaycanda turistlərə yer olmadı”.

 

Ağa Akifoğlu 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!