Arxiv
11 Aprel 2011, 10:00 | FOTOSÖHBƏT
Şair Fikrət Qoca ilə fotosöhbət

Fikrət Göyüş oğlu Qocayev (Qoca) 25 avqust 1935-ci ildə Ağdaş rayonun Kotanarx kəndində anadan olub.

1964-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1956-cı ildən mətbuatda çap olunur. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərib. Azərbaycan Respublikası əməkdar incəsənət xadimi (1978). 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. Azərbaycan Respublikası xalq şairidir (1999). “Qağayı” (1963), “Hamıya borcluyam” (1965), “Dənizdə ay çiməndə” (1967), “Yatmadağım gecələrdə” (1970), “Günlərin bir günü” (1972), “Gül ömrü” (1975), “İnsan xasiyyəti” (1980) və s. şeir və poema toplularında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələr əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olub, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto (Çe) Gevara (“Ünvansız məktublar”), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi A.Kabral (“Amilkar Kabral”), Filippinin milli qəhrəmanı X.Risal (“Xose Risal”), vyetnamlı gənc (“Li Vi Tom”) və b. haqqında poemalar yazıb. 1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Nəsr əsərləri də yazıb. “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, - qiyamətədək” (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb. M.Lermontov, T.Şevçenko, E.Mejelaytis, İ.Volker, X.Risal, İ.Tauferdən tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub. Şeirlərinə musiqi bəstələnib (“Anacan dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və s.).

Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunub (1995).

 

 

Atam Göyüş Qocayev, anam Xara xanım və mən. 

 

Bu şəkli 1973-ci ildə həyat yoldaşım Raya xanımla çəkdirmişəm. 

 

Aşağıdan soldakı atam Göyüş həkim, sağdakı anam Xara xanımdır, məni yəqin tanıyırsınız, o birilər bacı və qardaşlarımdır.

1964-cü il. Qucağımdakı oğlum Yalçındır.

 

Moskvadayıq, yanımızdakı qızlarım Gülay və Günaydır.

 

Ovçu elə ovçudur hər yaşında.

Yazıçı Anar, xalq şairi Bəxtiyar Vahabzadə və Vaqif Nəsirova birlikdə. Onda hələ yaşlanmamışdıq.

1977-ci il. Tələbələrin gənc şairlərlə ildə bir dəfə keçirilən toplantısının qonağı mən idim. Ortada dayanmışam.

Türkiyəli müğənni Emel Sayınla bir yerdə..

Sovet ədəbiyyatı günləri...

 

Balkondan dənizə baxıram....necə də maraqlı mənzərə idi. 

Sərginin açılışında dostlarla birlikdə...

 

Hindistandayıq, yazıçı Əzizə Cəfərzadə ilə birlikdə...

Əfqanıstan 1984-cü il. Solda əfqan ədib Bəbrək Karmalın xanımı Fatma xanım, sağda Lumumba Universitetinin professoru xanım Puxova. 

 

Mingəçevrdə həyat yoldaşımla birlikdə...

 

Üç ağdaşlı bir yerdə...

Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin məsləhətlərinə hər zaman ehtiyac vardı...

 

Qızım Günayla...

Anam Xara xanım... O da qocalıb, mən də yaşlaşmışam...

 

Oğlum, kürəkənim və mən... 

 

İstəkli qızım Gülayla birlikdə. 

 

Nəvələrlə bir yerdə olmaqdan yorulmuram, doymuram... 

 

Ruhangiz Qasımova ilə çəkdirmişəm.

 

Yazıçı Fikrət Sadıq və qızım Günayla. 

 

Dövlətdə dəvə, övladda nəvə... Hamısı nəvələrimdi.

Yazıçıların XI qurultayı ərəfəsində Prezident İlham Əliyevin Yazıçılar Birliyinin rəhbərləri ilə görüşü. Arif Əmrahoğlu, mən, Anar, Çingiz Abdullayev, Fatma Abdullazadə Prezidentlə şəkil çəkdirdik.

Laçınlı məcburi köçkün şagirdlərlə görüşə getmişik.

Dostlar yığışmışıq bir yerə. Görüş yerini dəyişmək olmaz...

Həyat yoldaşım Raya xanımla... 

Şair Qulu Ağsəsin kitabının təqdimatına yığışmışıq.

Ailə üzvlərim: xanımım, oğlum, gəlinim, nəvələrim....

İş masası arxasında...

Ürəyimdə bir şeir fırlanır. Deyir: məni yaz. Deyirəm: olmaz!

Böyük Fikrət Qoca və balaca Fikrət Qoca...

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Şəhidlərimizin ruhu şaddır” - Prezidentin köməkçisi 20 Yanvar 2021, 10:12 20 yanvar xalqın əzmini sındıra bilmədi 20 Yanvar 2021, 10:06 Putinin sarayı” - Navalnının yeni ARAŞDIRMASI - VİDEO 20 Yanvar 2021, 10:00 Şərin Xeyirə qalib gəldiyi an - 20 Yanvar 20 Yanvar 2021, 09:54 Türkiyə səfirliyi Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yaydı 20 Yanvar 2021, 09:48 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi 20 Yanvar 2021, 09:42 Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi 20 Yanvar 2021, 09:36 Polkovnik İlqar Mirzəyevin qisası üçün döyüşə gedən könüllü - Bir şəhidin HƏYAT YOLU 20 Yanvar 2021, 09:30 Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO 20 Yanvar 2021, 09:24 Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq 20 Yanvar 2021, 09:18 Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək 20 Yanvar 2021, 09:12 Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2021, 09:06 Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər 20 Yanvar 2021, 09:00 Xarici İşlər Nazirliyi “20 Yanvar bəyanatı” yaydı: “Sifarişçilər və icraçılar cəzalandırılmalıdır” 20 Yanvar 2021, 08:49 Pəhrizsiz arıqlamaq istəyənlər bu qaydalara əməl etsin - SİYAHI 20 Yanvar 2021, 08:40 Qəbul imtahanlarında Vətən müharibəsindən suallar salınacaq - VİDEO 20 Yanvar 2021, 08:29 Tramp yeni siyasi partiya yaradır 20 Yanvar 2021, 08:23 Azərbaycanda zəlzələ oldu 20 Yanvar 2021, 08:14 “Gördün...? Elmira Qafarova kişi qızıdır” 20 Yanvar 2021, 02:13 “Cəlladlarla bir partiyada olmaq istəmirəm” - İsmaylı Şıxlının 20 Yanvar qətliamından sonrakı ÇIXIŞI 20 Yanvar 2021, 02:04 20 Yanvarın “açılmayan gülləsi” - Primakov Allahşükür Paşazadəyə hakimiyyəti ələ almağı niyə təklif etmişdi? - TARİX 20 Yanvar 2021, 01:48 Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO 20 Yanvar 2021, 01:29 Amerikalı şərhçi: “Putini diz çökdürəcəyik” 20 Yanvar 2021, 01:21 Aviaşirkətlərin sərnişin daşımaları kəskin azalıb 20 Yanvar 2021, 00:59 Trampdan Amerika xalqına vida müraciəti 20 Yanvar 2021, 00:44 Çempion səfərdə uduzdu 20 Yanvar 2021, 00:33 Hamilə qadın bətnindəki uşağı koronavirusa yoluxdurub 20 Yanvar 2021, 00:17 20 Yanvar faciəsindən 31 il ötür 20 Yanvar 2021, 00:01 “İndi ABŞ-ın qaranlıq vaxtlarıdır” - Co Bayden 19 Yanvar 2021, 23:47 Şagirdlərin yarım illik nəticələri belə qiymətləndiriləcək - QAYDALAR 19 Yanvar 2021, 23:36 Teledərslərin yanvarın 20-nə olan CƏDVƏLİ 19 Yanvar 2021, 23:25 ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru istefa verdi 19 Yanvar 2021, 23:16 Spikerin noutbukunu Rusiya kəşfiyyatına ötürmək istəyən qadın saxlanıldı 19 Yanvar 2021, 23:01 İlham Əliyevdən 20 Yanvar paylaşımı - FOTO 19 Yanvar 2021, 22:46 “Ermənistan hakimiyyəti dəyişməlidir” - Ohanyan 19 Yanvar 2021, 22:37