Modern.az

"İmişli" baş məşqçisi ilə yollarını ayırdı

"İmişli" baş məşqçisi ilə yollarını ayırdı

İdman

29 İyun 2026, 17:24

"İmişli" futbol klubu baş məşqçi Jorj Kaşkilya ilə yollarını ayırıb.

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, portuqaliyalı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Klub eyni zamanda məşqçinin köməkçiləri Kriştianu De Souza və Gilyerme Kadete ilə də vidalaşıb.

Qeyd edək ki, Jorj Kaşkilya 2025/2026 mövsümünün əvvəlindən "İmişli"yə rəhbərlik edirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi