Modern.az

"Azərenerji" qışda işıq probleminin olmayacağını vəd edir

"Azərenerji" qışda işıq probleminin olmayacağını vəd edir

10 Noyabr 2009, 13:38


“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev jurnalistlərə açıqlamasında deyib ki, bu qış Azərbaycanda elektrik enerjisi ilə bağlı problem olmayacaq. Onun sözlərinə görə, qışa hazırlıq işləri nəzərdə tutulan formada aparılıb. Modern.az xəbər verir ki, E.Pirverdiyev bildirib ki, ilin sonuna kimi Sumqayıt Elektrik Stansiyası da istifadəyə veriləcək. Amma stansiya istifadəyə verildikdən sonra da Mingəçevir enerji qovşağından Abşerona elektrik enerjisi daxil olacaq. 788 meqavatlıq Cənub Elektrik Stansiyasının tikintisi isə davam edir. Bu stansiya 2011-ci ildə tam istifadədə veriləcək. E.Pirverdiyevin sözlərinə görə, ölkədə kiçik su elektrik stansiyalarının tikilməsi ilə bağlı hidropotensial göstəricilər hazırlanır. Yaxın vaxtlarda hansı bölgələrdə hansı stansiyaların tikiləcəyi elan olunacaq.
“Azərenerji” ASC-nin rəhbəri Azərbaycanın Naxçıvana verilən elektrik enerjisinə görə Türkiyəyə olan borcunun Naxçıvan enerji stansiyaları tərəfindən ödənildiyini bildirib.Jurnalistlər E.Pirverdiyevə “Dövlət bayrağı” meydanının tikintisinin “Azərenerji”dən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi ilə bağlı da sual ünvanlayıblar. E.Pirverdiyev suala konkret cavab verməsə də, “Dövlət bayrağı” meydanının yerləşdiyi ərazinin çökməsi barədə deyilənləri cəfəngiyyat adlandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq