Modern.az

Hikmət Hacıyev: “Kəlbəcərdə yeni inkişaf mərhələsinin əsası qoyulub”

Hikmət Hacıyev: “Kəlbəcərdə yeni inkişaf mərhələsinin əsası qoyulub”

Ölkə

12 Sentyabr 2026, 18:50

Sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda növbəti Bal Festivalı keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.

Prezidentin köməkçisi çıxışında Kəlbəcərin işğaldan azad edildikdən sonra sürətlə yenidən qurulduğunu, şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin burada yeni inkişaf mərhələsinin əsasını qoyduğunu bildirib.

Hikmət Hacıyev, həmçinin Kəlbəcər sakinlərinə dünyanın müxtəlif ölkələrindən gələn diplomatları qonaqpərvərliklə və istiqanlılıqla qarşıladıqlarına görə təşəkkürünü bildirib.

Sizə yeni x var
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir