Modern.az

Belarus Qarabağda aqroşəhər salacaq

Belarus Qarabağda aqroşəhər salacaq

Ölkə

12 Sentyabr 2026, 18:59

Belarus və Azərbaycan 2027-ci ildə Qarabağda aqroşəhərin tikintisini planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç məlumat verib.

Onun sözlərinə görə, hazırda gələcək aqroşəhərin layihələndirilməsi davam edir. Aqroşəhərin strukturuna bir neçə aqrar-sənaye kompleksi də daxil olacaq.

“Əgər hər şey yaxşı getsə, 2027-ci ildə orada birgə tikintiyə başlamağı planlaşdırırıq”, – diplomat report-a açıqlamasında vurğulayıb.

Səfir əlavə edib ki, 2027-ci ildə Ağdamda Belarusun “Vertus” şirkətinin iştirakı ilə Azərbaycan istehsalı liftlərin birgə istehsalına başlanılması da planlaşdırılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyadan Türkiyəyə sərt xəbərdarlıq - Ağıllı olun!