Modern.az

Azərbaycan balı dünya bazarına çıxarılır – Nazir açıqladı

Azərbaycan balı dünya bazarına çıxarılır – Nazir açıqladı

Ölkə

Bu gün, 20:30

"Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir".

Modern.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcərdə ikinci Bal Festivalında çıxışı zamanı deyib.

Nazir bildirib ki, son illərdə arıçılığın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti bu sahənin genişlənməsinə mühüm imkanlar yaradıb: "2018–2023-cü illərdə hər arı ailəsinə görə subsidiyanın ödənilməsi arıçıların fəaliyyətinə əlavə stimul verib. Eyni zamanda, arıçılıqda istifadə olunan avadanlıq və texnikaların güzəşt tətbiq ediləcək texnikalar siyahısına daxil edilməsi istehsalçıların texniki imkanlarının yaxşılaşdırılmasına şərait yaradıb".

M. Məmmədov qeyd edib ki, əsas məqsəd arıçılıq məhsullarının keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq, Azərbaycan balının həm ölkə daxilində, həm də dünya bazarlarında mövqeyini gücləndirməkdir:

“İnanıram ki, dövlət dəstəyi, arıçılarımızın zəhməti və bu sahədə çalışan bütün tərəflərin birgə səyləri nəticəsində Azərbaycan balı yaxın illərdə həm ölkə daxilində, həm də dünya bazarlarında layiqli mövqeyini daha da möhkəmləndirəcək”.

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi