Arxiv
17 Aprel 2011, 02:40 |
73 yaşlı Ramiz Mehdiyev ...(FOTOLAR)

Keçmiş gəmi maşinisti, həqiqi dövlət müşaviri və filosofun bu gün ad günüdür

Bu gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ad günüdür. Ramiz Mehdiyevin adı çağdaş Azərbaycan siyasi tarixinin 70-ci illərindən çəkilir.

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Ənvər oğlu Mehdiyev 17 aprel 1938-ci ildə Bakı şəhərində anadan olub. O zaman Azərbaycan Xruşşov “ilıqlaşmasının” ilk illərini, eyni zamanda Xəzər dənizində neft çıxarılmasının bumunu yaşayırdı. R.Mehdiyev 1957-ci ildə - 19 yaşında Bakı Dənizçilik məktəbini bitirir və "Xəzər neftdonanma" idarəsinin gəmilərində maşinist işləyir.

Dörd ildən sonra, 1961-ci ildə gəmi maşinisti işləyən Ramiz Mehdiyev ali təhsil almaq üçün sənədlərini o zaman bolşevik S.Kirovun adını daşıyan Azərbaycan Dövlət Unversitetinə verir və tarix fakültəsinə daxil olur. Tələbəlik zamanı ictimai fəallığı diqqətdən kənarda qalmır. Fəal komsomolçu, ali məktəbin ictimai həyatında aktiv olan tələbə Ramizin bu səyləri rəhbərliyin diqqətini çəkir. O dövr üçün böyük uğur sayılacaq karyera sıçrayışı edir. 1965-ci ildə unversitetin beşinci kurs tələbəsi olan Ramiz Mehdiyev Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinə (LKGİ MK)  tələbə şöbəsinə təlimatçı vəzifəsinə irəli sürülür.

1965-ci ildə ali təhsilini başa vuran Ramiz Mehdiyev artıq ictimi-siyasi iş təcrübəsi ilə LKGİ-də nüfuz qazana bilir. Gənc komsomolçunun təlimatçı vəzifəsində apardığı iş qaneedici olduğundan onu daha irəli çəkməyə qərar verilir. Onu Naxçıvana göndərirlər. Ramiz Mehdiyev 1965-1967-ci illərdə Naxçıvan komsovol vilayət komitəsinin ikinci katibi işləyir.

Perspektivli komsomol işçisi Naxçıvanda komsomolda karyerasını başa vuraraq elm sahəsinə üz tutur. Nikita Xruşşovun SSRİ-də başladığı “kimyalaşma” kampaniyasının ən qızğın çağında R.Mehdiyev fəlsəfə ilə məşğul olmağı qərara alır.

O, 1968-ci ildə M.V.Lomonosov adına MDU-nun fəlsəfə fakültəsinin aspiranturasına daxil olur. Bununla da R.Mehdiyevin həyatının “Moskva” dövrü başlanır. 10 ilə yaxın Rusiyanın ən elitar elm ocağında elm sahəsində işləyir. 1977-ci ildə MDU-nun elmi şurasının iclasında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyasını müdafiə edir. Bundan sonra R.Mehdiyev vətənə, Azərbaycana qayıdır. 1972-ci ildə vaxtilə oxuduğu ali məktəbdə işə düzəlir. ADU-nun “Elmi kommunizm” kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyir.

Kommunist Partiyasının üzvü olan R.Mehdiyev yaxşı kadr kimi tezliklə partiya rəhbərliyinin diqqətini cəlb edir. Mərhum Heydər Əliyevin birinci katib olduğu Kommunist Partiyasının Mərkəzi Komitəsi Ramiz Mehdiyevin elmi fəaliyyətini partiya işinə cəlb etmək qərarına gəlir.

O, 1974-cü ildə Azərbaycan KP MK-nın aparatında təbliğat-təşviqat şöbəsinə mühazirəçi qismində cəlb olunur. Buradakı fəaliyyəti ilə etimad qazanan Mehdiyev iki il sonra, 1976-cı ildə Azər.KP MK-nın elm və təhsil müəssələri şöbəsinə müdir təsdiq olunur.

1978-ci ildə isə Bakının ən böyük və strateji rayonu olan 26 Bakı komissarı (indiki Səbail) rayon Komitəsinin birinci katibi təyin edilir. İki il burada işlədikdən sonra R.Mehdiyev yenidən Mərkəzi Komitəyə qayıdır. 1980-cı ilin iyununda elm və təhsil şöbəsinə müdir təyin olunur. 1981-ci ilin yanvarında isə onu partiyanın ideoloji işinin təşkil edən ən mühüm posta - Azərbaycan KP MK-nin təşkilati-partiya işi şöbəsinə müdir təyin edirlər.

1988-ci ildə SSRİ prezidenti Qorbaçovun Azərbaycana Əbdürrəhman Vəzirovun timsalında təyin etdiyi yeni rəhbərlik ölkədə kadr dəyişikikləri edir. Ramiz Mehdiyev Milli Elmlər Akademiyasına gəlir. 1988-ci ilin iyunundan AMEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnistitutuna şöbə müdiri işləyir.

1993-cü ildən fəlsəfə elmləri doktorudur.

1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Ramiz Mehdiyevi unutmur. Prezident 1994-cü ilin fevralında Ramiz Mehdiyevi Prezident Aparatının şöbə müdiri, 1995-ci ilin fevralında isə Prezident Aparatının rəhbəri təyin edir.

2009-cu ildən respublika Konstitusiyasına dəyişikliklərlə əlaqədar olaraq R.Mehdiyev Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəridir.

Həqiqi dövlət müşaviri olan Ramiz müəllim 2001-ci ildə Nyu-York EA-nın üzvü seçilib.

Akademik 100-dən çox elmi məqalələrin müəllifidir (milli və sosial-siyasi münasibətlət, müasir Azərbaycan, dövləti və cəmiyyəinin inkişafı və s. mövzularla bağlı).

2007-ci ildə Milli Elmlər Akademiyasının həqiqi üzvü, akedemik seçilib.

17 aprel 2008-ci ildə 70 illik yubleyi ilə bağlı Prezident İlham Əliyevin fərmanı ilə "İstiqlal" ordeni ilə təltif edilib.

Akademik ordenin tiqdimat mərasimində özünün bütün uğurlarına görə, mərhum Heydər Əliyevə borclu olduğunu deyib. «Ola bilsin, mən nadir insanlardan biriyəm ki, çox xoşbəxtəm. O mənada ki, birincisi, mən möhtərəm prezident Heydər Əliyevlə uzun illər çalışmışam və mənim bütün fəaliyyətimdə, ümumiyyətlə həyatımda Heydər Əliyevin rolu çox böyük olub. Demək olar ki, Heydər Əliyevin dövlətçilik təfəkkürü, dövlətçilik məktəbi, ümumiyyətlə prinsipləri, onun dünyaya baxışı – bütün bunlar mənim üçün böyük bir məktəb olub. Mən bu illər Heydər Əliyevin rəhbərliyi altında çalışmışam və bacardığımı etmişəm. Çalışmışam ki, onun etimadını doğruldum”-deyə akademik vurğulayıb.

Qeyri-rəsmi məlumatlarda həddindən artıq zəhmli insan təsiri bağışlayan Ramiz Mehdiyevin öz çevrəsində zarafat etməyi və lətifə danışmağı xoşladığı bildirilir.

Ramiz Mehdiyev ailəlidir. İki övladı var. 1973-cü ildə anadan olan oğlu Teymur Mehdiyev Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavinidir. Onun kürəkəni deputat İlham Əliyev isə 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı Xaçmazdan Milli Məclisə mandat qazanıb. 

 

 

 

 

 

 

 

 

 


Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Min bir dərdin dərmanı - ÜZƏRLİKLƏ BAĞLI BİLMƏDİKLƏRİMİZ 30 May 2020, 16:55 Alimlər koronavirusu tamamilə məhv etmək üçün çarə tapdılar 30 May 2020, 16:47 Xəzərdə dalğanın hündürlüyü 4,5 metrə çatıb - Faktiki hava 30 May 2020, 16:40 Daha bir marşrut xətti “BakuBus”a verildi - FOTO 30 May 2020, 16:33 Oğurluq üstündə tutuldular, başqa cinayətləri də üzə çıxdı 30 May 2020, 16:25 “Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanıldı - FOTO 30 May 2020, 16:17 Tural Gəncəliyevdən kanadalı həmkarına ETİRAZ 30 May 2020, 16:10 Gəncədə aparılan təmir-tikinti və abadlıq-quruculuq işləri davam etdirlir   30 May 2020, 16:02 Daha iki marşrut avtobusun hərəkət istiqaməti dəyişdirilir 30 May 2020, 15:55 Pakistanda Covid-19-a yoluxanların sayı durmadan artır- SON STATİSTİKA 30 May 2020, 15:48 Deputat icra başçısından müğənninin xahişini etdi - FOTO 30 May 2020, 15:40 Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA 30 May 2020, 15:34 Borca görə 9 nəfər saxlanıldı 30 May 2020, 15:27 Azay Quliyev: “Şuşadakı təxribat müharibə çağırışlarının kəskin artmasına səbəb oldu” 30 May 2020, 15:20 Həmsədr ölkələr əldə olunacaq sülh sazişinə cavabdeh olacaqlar - Tural Gəncəliyev 30 May 2020, 15:14 Bağlanan bankların əmanətləri bu bank vasitəsilə ödəniləcək - RƏSMİ 30 May 2020, 15:06 Meksika da koronavirusa görə Çini geridə qoydu 30 May 2020, 14:59 Köçkünlərin mənzil-məişət probleminin həlli dövlətimizin prioritet vəzifəsidir - Çingiz Qənizadə 30 May 2020, 14:52 Mirzə Ələkbər Sabirin ölüm yatağında DEDİKLƏRİ... 30 May 2020, 14:45 "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüş vaxtı AÇIQLANDI 30 May 2020, 14:38 “İşğalçılar qədər mütəşəkkil qaydada iş aparmırıq” - Qənirə Paşayeva 30 May 2020, 14:30 İtaliyada yaşayan vətəndaşlarımızdan xəbər var - Artıq hər şey adiləşib   30 May 2020, 14:22 Peşə məktəblərində oxuyanlara qiymətlər bu QAYDADA veriləcək 30 May 2020, 14:15 Sürücülərin nəzərinə - paytaxtın bu küçəsində təmir gedir   30 May 2020, 14:07 Peşə təhsili müəssisələrində attestasiyasının aparılması qaydaları TƏSDİQLƏNDİ 30 May 2020, 14:00 AXCP-nin daha bir fəalı həbs olundu 30 May 2020, 13:54 “Subay oğlunu müharibədə itirən axund azan səsinə rəqs etdikdən sonra cənazəni yumağa başladı” 30 May 2020, 13:50 Azərbaycanda vəzifəli şəxs bıçaqlandı 30 May 2020, 13:45 Milli Məclisin sabahkı iclasının gündəliyi DƏYİŞDİ 30 May 2020, 13:37 Fransa senatoru İlham Əliyevə təşəkkür etdi 30 May 2020, 13:30 Maska taxmamağa görə cərimə məbləğləri açıqlandı - RƏSMİ 30 May 2020, 13:22 “07”lərə qənim kəsilən oğru saxlanıldı - FOTO 30 May 2020, 13:15 İstixanada narkotik becərən şəxs saxlanıldı - FOTO 30 May 2020, 13:08 Sabahın havası - güclü külək əsəcək, yağış yağacaq 30 May 2020, 13:00 Azərbaycanda polis bıçaqlandı - FOTO 30 May 2020, 12:53