Modern.az

Hikmət Hacıyev səfirlə sülh və təhlükəsizlik məsələləri müzakirə etdi

Hikmət Hacıyev səfirlə sülh və təhlükəsizlik məsələləri müzakirə etdi

Ölkə

18 Sentyabr 2026, 10:50

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniya səfiri Dirk Lölke ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə iqtisadiyyat, təhsil, sülh və təhlükəsizlik, eləcə də digər mühüm məsələlər müzakirə olunub.

“Görüş zamanı hər iki tərəf Almaniya–Azərbaycan əməkdaşlığının geniş imkanlara malik olduğunu vurğulayıb. Açıq və konstruktiv fikir mübadiləsinə görə təşəkkür edirik!”, - məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri