Arxiv
28 Aprel 2017, 14:21 | AKTUAL
UNEC-də Zərifə Əliyeva yad edildi

UNEC-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi yad edilib.

 

UNEC-dən Modern.az-a verilən məlumata görə, YAP UNEC ərazi ilk partiya təşkilatının Qadınlar Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdəuniversitetin professor-müəllim, tələbə heyəti ilə birlikdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, millət vəkili Sona Əliyeva, əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova, Səbail rayon YAP Qadınlar Şurasının sədri Təranə Kərimova və AMEA Şərqşünaslıq İnstitutunun professoru Rəna Mirzəzadə iştirak ediblər.

 

Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova bildirib ki, tanınmış oftalmoloq Zərifə Əliyevanın unudulmaz xatirəsi UNEC-də daim əziz tutulur, bu qocaman təhsil ocağında onun xatirəsinə həsr olunan elmi-praktik konfranslar, yubiley gecələri keçirilir ki, bu da gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

 

S.Qəhrəmanova Zərifə xanım Əliyevanın bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda, qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını vurğulayıb.

Millət vəkili Sona Əliyeva XX əsr Azərbaycan elminin böyük simalarından olan Zərifə xanım Əliyevanın öz vəzifəsini şərəflə yerinə yetirən ana olduğunu bildirərək, ölkəmizə müstəqil Azərbaycanın tərəqqi zirvələrini fəth etməsində qazandığı uğurların təminatçısı olan İlham Əliyev kimi lider bəxş etdiyindən danışıb.

Tanınmış modelyer Fəxriyyə Xələfova görkəmli oftalmoloq haqqında xatirələrini bölüşüb. Qeyd edib ki, Zərifə Əliyevanı və ailəsini şəxsən tanıyan biri kimi onun haqqında yalnız xoş, müsbət fikirlər söyləmək mümkündür. Zərifə xanım qayğıkeş ana, fədakar və sədaqətli həyat yoldaşı olaraq qadınlar üçün nümunədir. UNEC-də olmaqdan məmunuğunu bildirən F.Xələfova qeyd edib ki, bu, onun İqisad Universitetinin tələbələri ilə ilk görüşü deyil. O, mütəmadi olaraq UNEC-də reallaşdırılan tələbə layihələrində, sərgi və müsabiqələrdə iştirak edir.

Zərifə Əliyevanın Azərbaycan və dünya oftalmologiya elminə böyük töhfələr verdiyini, onun keçdiyi şərəfli həyat yolunun bu gün də, gələcəkdə də hər bir alim, hər bir Azərbaycan vətəndaşı üçün mənəviyyat və kamillik məktəbi olduğunu diqqətə çatdıran Rəna Mirzəzadə Zərifə xanımın Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmətlərindən danışıb. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradıldığını vurğulayıb.

 

Səbail rayon YAP Qadınlar Şurasının sədri, UNEC-in dosenti Təranə Kərimova Zərifə xanım Əliyevanın müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr edən dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olduğundan danışıb. Ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyevanın yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşdiyini vurğulayıb.

 

İştirakçılar akademik Zərifə xanım Əliyevanın bütövlükdə öz parlaq fəaliyyəti ilə yaddaşlara əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, elmin çox məsuliyyətli, çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəldiyini, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini qeyd ediblər.

 

Tədbirdə Sevil Əliyevanın anası Zərifə xanıma həsr etdiyi “Əziz anam” elegiyası səsləndirilib.

 

UNEC haqqında:

 

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü 4 İyul 2020, 19:51 AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək 4 İyul 2020, 19:44 İranda elektrik stansiyada partlayış baş verib 4 İyul 2020, 19:38 Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu 4 İyul 2020, 19:22 KİVDF qəzetlərə maliyyə yardımı ayırdı - SİYAHI 4 İyul 2020, 18:47 Paytaxtın 544 küçəsi dezinfeksiya olundu 4 İyul 2020, 18:16 Türk əsgərinin qatilləri 30 il sonra YAXALANDILAR 4 İyul 2020, 18:10 Zelenskidən Putinə MESAJ: “Bizdən heç nə tələb edə bilməzsiniz” 4 İyul 2020, 18:02 Azərbaycanın 4 rayonunda yaranmış su qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA 4 İyul 2020, 17:48 Dünyanın ən yaşlı pişiyi öldü 4 İyul 2020, 17:24 Hövsanda dəfn mərasimində iştirak edənlər SAXLANILDI 4 İyul 2020, 17:13 Şəmkirçay su anbarında batan şəxs axtarılır 4 İyul 2020, 16:50 Gəncədə deputat və bələdiyyə sədrinin iştirakı ilə reyd keçirib 4 İyul 2020, 16:36 İcazəsiz istirahətə gəldilər, cərimə olundular - FOTO 4 İyul 2020, 16:24 İranda virusa yoluxanların sayı 250 minə yaxınlaşır 4 İyul 2020, 16:16 İsmayıllıda yığıncaq təşkil edən ata və 10 qonağı cərimələndi 4 İyul 2020, 15:59 Paytaxtda yük maşını piyadanı vurub öldürdü 4 İyul 2020, 15:49 AQTA maarifləndirir: Qablaşdırılma materialları qidaya necə təsir göstərir? 4 İyul 2020, 15:38 Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ 4 İyul 2020, 15:15 Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia İRƏLİ SÜRÜB 4 İyul 2020, 15:02 AMEA-nın şöbə müdiri dünyasını dəyişdi 4 İyul 2020, 14:55 Rəsmi Bakı ABŞ-ı Müstəqillik günü münasibətilə təbrik edib 4 İyul 2020, 14:40 Karantin vaxtı işləyən sexin 56 işçisi cəzalandırıldı 4 İyul 2020, 14:23 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib 4 İyul 2020, 14:16 Almaniyada koronavirusdan ölüm faizi niyə aşağıdır? – Ekspertdən İZAH 4 İyul 2020, 14:00 Polis supermarketlərdə reydlər keçirir 4 İyul 2020, 13:42 Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli 4 İyul 2020, 13:25 Gizli işləyən kafe aşkarlandı: sahibi 1500, müştərilər 100 manat CƏRİMƏLƏNDİ 4 İyul 2020, 13:17 Paytaxtda qanunsuz  fəaliyyət göstərən obyekt bağlandı 4 İyul 2020, 13:03 Bakıda sabah hava necə olacaq? 4 İyul 2020, 12:54 Beynəlxalq ekspert: “Dünya bol su dövründən su azlığı dövrünə keçir” 4 İyul 2020, 12:45 Gəncədə “COVİD-19”la mübarizə çərçivəsində dezinfeksiya işləri aparılıb 4 İyul 2020, 12:33 Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi 4 İyul 2020, 12:24 Karantin günlərində Bakıdan Qəbələyə istirahətə gedənlər CƏZALANDIRILDI 4 İyul 2020, 12:13 Azərbaycan diasporu: Haradan haraya... 4 İyul 2020, 12:04