Arxiv
19 Noyabr 2009, 17:32 | MEDİA
Qarabağ problemi mətbuatda necə işıqlandırılır?

Modern.az bir neçə qəzetin baş redaktoruna “Bu gün mətbuatda Qarabağ probleminin işıqlandırılması sizi qane edirmi?” sualı ilə müraciət edib. 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Qarabağ problemin KİV-də kifayət qədər işıqlandırıldığını düşünür: “Danışıqlar prosesi və əksəriyyət baxışlar müxtəlif mətbuatda- istər müxalifət, istərsə də iqtidar qəzetlərində öz əksini tapır. Xarici məbuatda da ekspert rəylərini, bu sahədə gedən danışıqları izləyirik. Düzdür, Qarabağ problemi ilə əlaqdar danışıqların səmərəsizliyi, döyüş ruhlu yazıların az olması ilə bağlı KİV-ə irad tutulur. Buna baxmayaraq, Qarabağ problemi ilə bağlı əldə etdiymiz məlumatlar mediada əksini tapır”.

“Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı mətbuatda vətənpərvərlik mövzusuna az yer verildiyini deyir: “Hər bir mətbu orqan bu sahədə öz üzərinə düşəni edir. Bu gün işğal tarixindən tutmuş, prezidentlərin görüşü, bu sahədə aparılan danışıqlar mətbuatda öz əksini tapır. Burada atəşkəsin pozulması, xarici təşkilatların rəhbərlərinin Qarabağ problemi haqqında fikirləri işıqlandırılır. Lakin, bu gün mətbuatda vətənpərvərliklə bağlı yazılara az təsadüf edilir. Bunun üçün bir strategiya lazımdır ki, hər bir mətbu orqana vətənpərvərliyi aşılasın. Amma bu vahid mərkəzdən isitqamətləndirilsə, daha məqsədəuyğun olar”.

  

"Həftə-içi" qəzetinin baş redaktoru Sevinc Seyidova bu problemin mətbuatda mütəmadi şəkildə işıqlandırılmadığını bildirir: “Əvvəlki 5 ildəki əhval-ruhiyyədə işıqlandırılmır. İndi mətbuat orqanları Qarabağ problemini, ancaq işğal günləri yada salır və onun tarixi ilə bağlı material verir. Düzdür, dövlət səviyyəsində bu proseslər gedir, danışıqlar aparılır və bu da mətbuatda verilir. Amma mütəmadi şəkildə verilmir. Bu bizim ən böyük problemimizdir. Ən azından həftədə bir-iki dəfə bu problemə mətbuatda yer ayrılmalıdır”.

Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə bu problemə mətbuatda çox az yer verildiyini qeyd edir: “Bu mövzuda peşəkar yazılar çox azdır. Əsasən informasiya xarakterli materiallar dərc edilir. İndi politoloqların, siyasi icmalçıların və publisistlərin yazılarına ehtiyac duyulur. Müharibə vəziyyətində olan dövlətdə bu cür yazılar nə qədər çox olarsa, vətənpərvərlik tərbiyəsinin gücü, təsir qüvvəsi bir qədər də artar. Mətbuat Şurası bu mövzu ilə bağlı monitorinqlər keçirməyib. Əsasən sahələrlə bağlı keçirib. Yəqin ki, Mətbuat Şurası bu məsələni də gündəmə gətirəcək”.

 

  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusa yoluxmuş tibb bacısı müalicədən imtina etdi - Öldü 7 İyun 2020, 09:05 Dünyada koronavirusdan ölənlərin sayı 400 mini keçib 7 İyun 2020, 08:59 Bu ölkədə də COVID-19 qurbanlarının sayı artdı 7 İyun 2020, 00:56 41 yaşlı kişi damarlarını doğradı 7 İyun 2020, 00:42 Qazaxıstan “OPEK +” sazişinin müddətinin uzadılmasını dəstəkləyib 7 İyun 2020, 00:28 Üzərinə şkaf aşan 2 yaşlı uşaq öldü 7 İyun 2020, 00:12 Karantini pozanlar polisi görüb evlərinə belə qaçdı - VİDEO 6 İyun 2020, 23:57 Bu ölkədə COVİD-19 qurbanlarının sutkalıq sayı 72 nəfərədək azaldı 6 İyun 2020, 23:45 Xırdalanda yaşayış binasında yanğın 6 İyun 2020, 23:33 Bundesliqada yeni rekord vuruldu 6 İyun 2020, 23:20 Bu gün Azərbaycanda 5811 nəfər koronavirus testindən keçdi 6 İyun 2020, 23:13 İmişlidə qadını elektrik cərəyanı vurraraq öldürdü 6 İyun 2020, 22:58 Neftçalanın kəndlərində içməli su problemi – Operativ Qərargah yaradıldı 6 İyun 2020, 22:47 Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verdi 6 İyun 2020, 22:39 Sülhəddin Əkbərin vəzifə iddiası Elçibəyi narazı salmışdı - Arif Hacılıdan AÇIQLAMALAR - QALMAQAL 6 İyun 2020, 22:38 Türkiyədə koronavirusdan daha 21 nəfər öldü 6 İyun 2020, 22:26 Sumqayıtda kütləvi dava: 2 nəfər öldü 6 İyun 2020, 22:16 Meyiti öz evindən çıxdı 6 İyun 2020, 22:06 Sumqayıtda bıçaqlanan şəxs hadisə yerində öldü 6 İyun 2020, 21:58 Qazaxıstan Prezidentinin mətbuat katibi koronavirusa yoluxdu 6 İyun 2020, 21:46 Bakıda binada yanğın  6 İyun 2020, 21:39 UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi 6 İyun 2020, 21:30 Satınalmaların əhatə məbləği azalıb - Hesablama Palatası 6 İyun 2020, 21:17 2019-cu ildə dövlət borcu üzrə göstəricilər strategiya ilə müəyyən edilmiş hədlərdə olub 6 İyun 2020, 21:11 Ötən il qeyri-neft sektorundan büdcə gəlirləri artıqlaması ilə yerinə yetirilib 6 İyun 2020, 21:05 Göyçaya yağan dolu vətəndaşların təsərrüfatına ziyan vurdu 6 İyun 2020, 20:51 Çin Avstraliyaya səyahətdən çəkinməyi tövsiyə etdi 6 İyun 2020, 20:44 Ağdaşda avtomobil aşdı, sürücü öldü 6 İyun 2020, 20:34 “Aprel neft bazarı tarixində ən pis ay oldu” - Novak 6 İyun 2020, 20:25 Bakıda küçədə bıçaqlanma olub 6 İyun 2020, 20:20 İran Avropanı kəskin tənqid etdi   6 İyun 2020, 20:10 “Bayer Leverkuzen” - “Bavariya” oyununda altı qol vuruldu 6 İyun 2020, 20:04 Dünyada koronavirusa yoluxanların sayı 7 milyona çatır 6 İyun 2020, 19:55 ÜST maska istifadəsi ilə bağlı yeni təlimatları AÇIQLADI 6 İyun 2020, 19:51 Braziliyada koronavirusdan 1 sutkada 1005 nəfər öldü 6 İyun 2020, 19:44