Arxiv
7 İyul 2018, 12:53 | İQTİSADİYYAT
Gömrük Komitəsinin yeni müavinləri kimdir? - DOSYE  

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavinləri Nazim Məmmədov və Şahin Bağırov vəzifələrindən azad olunublar.


Prezidentin digər sərəncamları ilə İqbal Babayev və Cavad Qasımov Dövlət Gömrük Komitəsinin sədr müavinləri təyin olunub.

Bu təyinatadək İqbal Babayev Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, Cavad Qasımov isə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıblar

Modern.az saytı yeni sədr müavinlərinin dosyesini təqdim edir.

Qeyd edək ki, Komitədə yeni sədr müavini, gömrük xidməti general-mayoru İqbal Babayev ölkə ictimaiyyətinə müəyyən qədər tanış simadır. Modern.az saytı xatırladır ki, İqbal Babayev Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) nəzdindəki “Seçkilər” İnformasiya Mərkəzinin sabiq rəhbəridir. Yəqin bu səbəbdən jurnalistlərin və siyasətçilərin yaxşı yadındadır. 2000-2008-ci illərdə MSK nəzdindəki “Seçkilər” İnformasiya Mərkəzinin direktoru vəzifəsində işləyən İ.Babayev 2008-ci ilin aprelində şəxsi işlərini əsas gətirərək istefa vermişdi. O zaman Babayevin istefası mətbuatda müxtəlif cür yozularaq, onun hətta ölkə rəhbərliyi tərəfindən işdən çıxarıldığı qeyd olunmuşdu. Amma sonralar Dövlət Gömrük Komitəsində yüksək vəzifə alan İ.Babayevə etimadın jeç də itmədiyi bəlli oldu.

İ.Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olub.

1986-cı ildə Kiyev İnşaat Mühəndisləri Universitetinin Avtomatlaşdırma və İnformasiya Texnologiyaları fakültəsini bitirib.
1990-ci ildə Kiyev İM Milli Universitetində (KİMMU) texnika elmləri namizədi, 2006-cı ildə həmin universitetdə texnika elmləri doktoru (Ukrayna), 2009-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasında texnika elmləri doktoru (Azərbaycan) elmi dərəcələri alıb.
1986-1991-ci illərdə KİMMU-də elmi işçi, müəllim, 1991-1992-ci illərdə AİMU-nin Hesablama Texnikası və Avtomatlaşdırma kafedrasında dosent, 1992-2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında şöbə müdiri, 2000-2008-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru işləyib.

2008-2009-cu illərdə Dövlət Gömrük Komitəsinin (DGK) Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarə rəisinin 1-ci müavini, 2009-cu ildən DGK-da Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Kiyev İnşaat və Memarlıq Milli Universitetinin "Fəxri professor"udur və Azərbaycan Respublikasının AAK tərəfindən professor elmi adı verilib.

7 monoqrafiyanın, 13 dərsliyin, 100-dən çox elmi-metodiki işin müəllifidir. 6 elmi işinə müəllif hüququ verilib.

Azərbaycan Prezidentinin sərəncamları ilə "Vətənə xidmətə görə" 3-cü və 2-ci dərəcəli ordenləri, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, Dövlət Gömrük Komitəsinin və digər nazirliklərin bir sıra medal və döş nişanları ilə təltif olunub. 2010-cu ildə "İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə" Milli İnternet Mükafatının qalibi elan olunub. 

İngilis və rus dillərini bilir. Evlidir, iki övladı var.


Dövlət Gömrük Komitəsinin digər yeni sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov 31 may 1967-ci ildə Bakı şəhərində anadan olub.

1991-ci ildə o vaxtkı Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.


Əmək fəaliyyətinə 1991-ci ildə "Bakkondisioner" Elmi İstehsalat Birliyində başlayıb. 1994-cü ildən "Azərenerji" dövlət şirkətinin "Enerjinin İstehsalı və Ötürülməsi" Birliyinin Yüksək Gərginlikli elektrik şəbəkələri xidmətində, 1996-cı ildən Rusiya Federasiyası Yanacaq Enerjisi Nazirliyinin "ВНИПМморнефтегаз" Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə çalışıb.

1986-1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib.


1999-cu ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Aksiz Gömrük Postunun Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsinin inspektoru kimi gömrük orqanlarında fəaliyyətə başlayıb.

Sonradan 1999 – 2002-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Aksiz Gömrük Postunun Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsinin rəisi, 2002-2006-cı illərdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi Sərnişin şöbəsinin rəisi, 2006-cı ildə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi işləyib.


2006-2008-ci illərdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi rəisinin 1-ci müavini - Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi vəzifəsində çalışıb.


2014-cü ilin yanvar ayından Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.


2003-2006-cı illərdə Dövlət Gömrük Komitəsində xidmət göstərdiyi zaman Rusiya Gömrük Akademiyasında qiyabi təhsil alıb və həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirib.
Cavad Qasımov 2008–ci ildə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

 Ailəlidir, 2  övladı var.



A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qarabağ”ın Bakı sınağı - YENİLƏNİR 17 İyul 2019, 21:13 Yevlax meşə yanğını 17 İyul 2019, 21:00 Azərbaycanda banklara qoyulan əmanətlərin 57,4 faizi xarici valyutadadır 17 İyul 2019, 20:47 Azərbaycanda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır 17 İyul 2019, 20:30 İraq türk diplomatlarının ölümünü pislədi 17 İyul 2019, 20:16 “Qarabağ”la “Partizani”nin start heyətləri açıqlandı 17 İyul 2019, 20:00 Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş Prokurorluq 17 İyul 2019, 19:53 Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb 17 İyul 2019, 19:46 Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ 17 İyul 2019, 19:32 “Azercell”: Məlumatlar həqiqəti əks etdirmir 17 İyul 2019, 19:21 Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49 Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verildi 17 İyul 2019, 16:48 Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq 17 İyul 2019, 16:36 İraqda türkiyəli diplomatlar öldürüldü 17 İyul 2019, 16:16 ADU-da müəllimlər üçün təlim yekunlaşdı   17 İyul 2019, 16:09 Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 17 İyul 2019, 16:07 O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr... 17 İyul 2019, 15:56 Avropa Gənclər Yay Olimpiya Festivalında bunlar qadağan olunacaq 17 İyul 2019, 15:45 “Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır 17 İyul 2019, 15:33