Arxiv
9 Noyabr 2018, 15:21 | AKTUAL
Binəqədi sakinləri “Açıq mikrofon”dan səsləndilər  

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən paytaxt Bakı şəhərinin bütün rayonlarında əhali ilə səyyar görüşlər çərçivəsində “Açıq mikrofon” praktikası geniş sürətdə həyata keçirilir. Bu görüşlərin əsas məqsəd əhali ilə sıx təmasda olmaq, onların problemlərin və suallarını dinləmək və bu problemləri operativ şəkildə aradan qaldırmaqdan ibarətdir.

 

Modern.az xəbər verir ki, növbəti belə səyyar görüş rayon rəhbərliyi, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə paytaxtın Binəqədi rayonunun Azadlıq prospektində yerləşən 186, 188 və 194 saylı binalarının həyətində oldu.

Görüşdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirdi ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf Binəqədi rayonunda da uğurla davam etdirilir, aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir. Sonda sakinlər Binəqədi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkür etdilər.

 

Beş min kvadratmetr sahəsi olan həyətdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə xüsusi qurğular yerləşdirilib. Bundan əlavə, burada şahmat və futbol meydançaları, idman alətlərindən ibarət kiçik meydança salınıb, Novruz çərşənbələrinin milli adət-ənənələrə uyğun qeyd edilməsi üçün tonqal sahəsi inşa olunub.

Abadlaşdırılan həyətdə yoqa həvəskarları üçün də xüsusi yer ayrılıb.Eyni zamanda quşlar üçün yuvalar düzəldilib.

Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğul olma vərdişlərinin yaradılmasına nail olmaqdır.

 

Sakinlərin istək və maraqları nəzərə alınaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 300-ə yaxın ağac və kol əkilib. Sakinlərin rahatlığının təmin edilməsi məqsədilə 11 ədəd müşahidə kameraları quraşdırılıb, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə mərkəzinin şəbəkəsinə qoşulub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rüşvətə görə işdən qovulan polis öldü - FOTO 23 Yanvar 2020, 10:17 ADU-da Çin Yeni ili qeyd olunub 23 Yanvar 2020, 10:14 Kamran Bayramov Şəmkirin iki kəndinin sakinləri ilə bir araya gəlib - FOTOLAR 23 Yanvar 2020, 10:08 Novruz Aslanov dörd kəndin təhsil işçiləri ilə görüşüb - FOTOLAR 23 Yanvar 2020, 10:02 Seçki tarixində ilk: Deputat videohesabatında aparıcı oldu 23 Yanvar 2020, 10:01 Bakıda 12 metrlik avtobuslar xəttə buraxıldı - FOTO 23 Yanvar 2020, 09:57 Vulkan püskürməsi zamanı ölü sayı 20-yə çatdı 23 Yanvar 2020, 09:50 Qatarlara bilet satışında dəyişiklik EDİLDİ 23 Yanvar 2020, 09:46 Nazirlik rəsmisi Prokurorluğa göndərilən materialların çoxluğuna aydınlıq gətirdi 23 Yanvar 2020, 09:43 Gəncədə 10-cu sinif şagirdi itkin düşdü 23 Yanvar 2020, 09:36 “Azəriqaz” xəbərdarlıq etdi: Bu ərazilərdə qaz olmayacaq 23 Yanvar 2020, 09:35 İlham Əliyev tanınmış jurnalisti təbrik etdi 23 Yanvar 2020, 09:30 Argentinanın Azərbaycandakı səfiri futbolumuz barədə: “İstəsəniz Argentina razılıq verəcək” – MÜSAHİBƏ 23 Yanvar 2020, 09:25 Prezident Mixail Qusmanla bağlı sərəncam imzaladı 23 Yanvar 2020, 09:20 Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - Beşinci söz 23 Yanvar 2020, 09:14 “Bizimkilər” Elnarə Kərimova:Uşaqlarımdan utanıram, onlara “mən işləyirəm, sən böyüməyə tələs” demək olmaz”.   23 Yanvar 2020, 09:08 Cəbhədə iriçaplı pulemyotlar və snayper tüfəngləri işə düşdü 23 Yanvar 2020, 09:02 Yeni virusa görə karantin elan olundu 23 Yanvar 2020, 08:27 Dondar Quşçuda bədbəxt hadisə 23 Yanvar 2020, 00:46 Sabirabadda məskunlaşan köçkünlərdən Vüqar Bayramova dəstək - FOTOLAR 23 Yanvar 2020, 00:33 Gəncədə poliklinikada yanğın 23 Yanvar 2020, 00:14 Türkiyədə güclü zəlzələ: insanlar küçələrdə 22 Yanvar 2020, 23:56 İlham Əliyev İsveçrə Prezidenti ilə müzakirə apardı - FOTO 22 Yanvar 2020, 23:22 Gəncədə kriminal avtoritet saxlanıldı - VİDEO 22 Yanvar 2020, 23:09 Qənirə Paşayeva Qovlarda seçicilərlə görüşdü - FOTOLAR 22 Yanvar 2020, 22:49 Bu ölkədə bir ildə 34 min insan öldürüldü 22 Yanvar 2020, 22:33 Jalə Əliyeva Zərdab seçiciləri ilə görüşdü - FOTOLAR 22 Yanvar 2020, 22:16 “Hazırda ən vacib olan məsələ regional sabitlikdir” - İlham Əliyev 22 Yanvar 2020, 21:59 Bakıya ilk qar yağacaq 22 Yanvar 2020, 21:46 Şəkidə iki gənc qız dəm qazından zəhərləndi 22 Yanvar 2020, 21:32  “Bizə ən azından ildə 100 min iş yeri lazımdır” - İlham Əliyev 22 Yanvar 2020, 21:19 "Qarabağ"dan  növbəti qələbə 22 Yanvar 2020, 21:01 İlham Əliyev Davosda Gürcüstanın Baş Naziri ilə görüşdü 22 Yanvar 2020, 20:51 8 saylı Binəqədi I seçki dairəsi seçicilərinin elektron kabineti işə düşdü - FOTOLAR 22 Yanvar 2020, 20:36 Kürdəmirlilər Əhliman Əmiraslanovu dəstəklədi - FOTO 22 Yanvar 2020, 20:18
SORĞU Yeni parlamentdə kimlər olsun?