Modern.az

BMU-ya yeni qəbul olunan tələbələrlə tanışlıq görüşləri keçirilib - GÖRÜNTÜ

BMU-ya yeni qəbul olunan tələbələrlə tanışlıq görüşləri keçirilib - GÖRÜNTÜ

Aktual

Bu gün, 15:25

Bakı Mühəndislik Universitetinə (BMU) yeni qəbul olunan birinci kurs tələbələri ilə tanışlıq görüşlərinə başlanılıb.

Universitetdən Modern.az-a bildirilib ki, ilk görüş İnformasiya və kompüter texnologiyaları fakültəsinə qəbul olunan tələbələrin iştirakı ilə keçirilib. Fakültənin dekanı Vaqif Qasımov tələbələri yeni tədris ilinin başlanması münasibətilə tələbələrə ali məktəb həyatına uyğunlaşması, təhsil imkanlarından səmərəli yararlanması və akademik fəaliyyətlərini uğurla təşkil etmələri ilə bağlı ətraflı məlumat verib. Eyni zamanda, fakültənin fəaliyyəti, tədris imkanları, tələbələri gözləyən perspektivlər və universitetdə onların inkişafı üçün yaradılan imkanlardan bəhs olunub.

Görüş çərçivəsində universitetin müvafiq struktur bölmələrinin və tələbə təşkilatlarının nümayəndələri çıxış edərək tələbələri tədris prosesinin elektron idarə olunması, beynəlxalq əməkdaşlıq layihələri, müasir laboratoriyalar, kitabxana xidmətləri, tələbələrlə iş, karyera imkanları və məzunlarla əlaqələr istiqamətləri barədə məlumatlandırıblar. Tələbələrin geniş kampusa malik universitetin ictimai, elmi və sosial həyatında fəal iştirakı üçün mövcud imkanlar diqqətə çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bununla yanaşı, fakültədə tədris olunan ixtisasların ingilis bölmələrinə qəbul olunan tələbələrin dil bilikləri səviyyəsinə uyğun qruplarda yerləşdirilməsi və onların ingilis dili bacarıqlarının daha səmərəli inkişafının təmin edilməsi məqsədilə müvafiq imtahan keçirilib.

Qeyd olunub ki, növbəti günlərdə digər fakültələr üzrə birinci kurs tələbələri ilə də tanışlıq görüşləri təşkil olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!