Arxiv
21 Dekabr 2018, 13:29 | DİASPOR
“Harda azərbaycanlı görsən, uzaq dur” deyənlərə, görülən işləri gözdən salanlara...

“Harda azərbaycanlı görsən, ondan uzaq dur”. Demək olar ki, bu ironik tövsiyə ilə çoxumuz qarşılaşmışıq. Xüsusilə, dünyanın müxtəlif ölkələrində yaşayan bəzi azərbaycanlılar bir-birindən gen gəzməyə cəhd edir. Əcəba, niyə?!

Dünyanın ən uzaq bucağında məskunlaşan erməni belə, olduğu yerlərdə birlik toxumu səpməklə məşğuldur. Bu səbəbdən də onları tək-tək yox, qrup halında,  yəni birgə formada görə bilərik. İstənilən erməninin öz millətindən birisinə olan sevgisini kampaniyaçılığa çevirməsi onların müdafiə sisteminin çox güclü olduğunu göstərir.

Əslində, bu cür hallarda şişirtmə məqamları daha çoxdur.

Heç kimə sirr deyil ki, xalq olaraq tarixən qanımıza hopan və ənənəyə çevrilən dəyərlərə sahibik. Bir tikə çörəyi bölməyi bacaran, kəsdiyi duz-çörəyə sadiq qalan, savadlı, lakin imkansız gənclərin təhsil almasına yardımçı olan azərbaycançılıq təfəkkürünə şahidik.

Müasir dövrdə isə tarixi ənənələri vərdiş halına gətirən həmvətənlərimiz var. O həmvətənlərimiz ki, harda azərbaycanlı görsə, ondan uzaq qaçmır. Əksinə, ona yaxın olmaqla dəstək nümayiş etdirir.

Bəzən sual edirlər ki, niyə xeyirxah azərbaycanlıları çox görmürük? Bu da təbiidir. Belə insanların bəziləri xeyirxahlığını və millətinə olan sevgisini kampaniyaçılığa çevirib xəbər manşetlərində reklam olunmaq istəmirlər. Necə deyərlər, "sağ əlin verdiyini sol əl bilməməlidir" prinsipinə önəm verirlər.

Yeri gəlmişkən, bu cür məqamlardan istifadə edib azərbaycanlıları xeyirxah əməl sahibi olmayan millət kimi təqdim etmək nə dərəcədə doğrudur?

Olmazmı ki, Mirzə Ələkbər Sabirin dediyi "harda müsəlman görürəm qorxuram" düşüncəsindəki stereoitipləri dağıdaq?!

Yanlış düşüncədən uzaq olmağın, bu cür təbliğat toxumu səpənlərə "Milləti aşağılamayın!" deməyin vaxtı yetişməyibmi?


Modern.az saytı mövzunun aktuallığını nəzərə alaraq bununla əlaqədar cəmiyyətdə tanınmış insanların mövqeyini öyrənməyə çalışıb.



Görkəmli diplomat, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırıcısı, Fransanın "Fəxri Legion Kavaleri" Ordeninin sahibi Ramiz Abutalıbov dünyada yaşayan azərbaycanlılar arasında xeyirxahlığı, vətənpərvərliyi ilə seçilən insanlarımızın  çox olduğunu deyir:


"Burada bir məqam var ki, onun üzərindən gözübağlı keçmək olmaz. Məsələn, mənim kitablarımın çap olunmasına dəstək olan azərbaycanlılar var ki, adlarının çəkilməsini istəmirlər. Kitab çapa veriləndə "adımı yazma" deyirlər. 2006-ci ildən 2018-ci ilə qədər 30 kitabın çap olunmasında iştirak etmişəm. 30 kitabın 11-ni müəllif kimi təqdim etmişəm. 9 kitabda isə müəllif ayrı adamdır. 10 nəfərdən xahiş edəndə bir nəfər imkanının olmadığını deyib. Yerdə qalanlar ikiəlli dəstək göstəriblər. Həmin azərbaycanlılar bu dəstəyi xalq, millət yolunda ediblər. Bilirlər ki, xaricdə yaşasaq belə, ölkəmizin tanıdılması istiqamətində səylərimizi əsirgəməməliyik. O qədər faydalı, xeyirxah işlərlə məşğul olan soydaşlarımız var ki, sadəcə adlarının reklam olunmasını istəmirlər. Ona görə də özümüz haqqında yanlış fikirlər formalaşdırmamalıyıq. Çünki zaman-zaman xarici qüvvələr tərəfindən bir-birimizi vurdurmaq məqamlarına rast gəlirik. Bir-birinə dəstək verən həmvətənlərimizə dünyanın hər bölgəsində rast gəlmək olar".


Azərbaycanın sabiq xarici işlər naziri, eks-səfir, siyasi ekspert Tofiq Zülfüqarov azərbaycanlılarla bağlı yanlış düşüncənin aradan qaldırılmasından danışarkən diaspor arasında müxtəlif qruplaşmaların olduğunu istisna etməyib:

"Hər bir diasporun xüsusiyyətidir ki, öz millətindən olanlara yaxınlıq etsin, onlarla görüşsün. Bu zaman müxtəlif qurumlar yaradıb bir-birlərinə yaxın olmağa çalışırlar. Bu da təbii prosesdir. Bu, bütün ölkələrin diasporuna aiddir. Düzdür, ermənilər diaspor sahəsində böyük təcrübəyə malikdir. Azərbaycanlılar müxtəlif ölkələrdə yeni məskunlaşırlar. Eyni zamanda azərbaycanlılar bir-birinə dəstək də verir. Məsələn, bir hadisəni xatırlayıram. Ramil Səfərovla bağlı ermənilər çox aktivlik göstərirdilər. Xüsusilə, Macarıstan dövləti Ramil Səfərovu azadlığa buraxandan sonra erməni diasporu tərəfindən müxtəlif yerlərdə tədbirlər keçirilirdi.

2007-2015-ci illərdə Estoniyada səfir idm. Bizə məlumat daxil oldu ki, ermənilər  Tallindəki Azərbaycan səfirliyi qarşısında nümayiş keçirəcəklər. Bu zaman bir saat ərzində 100-dən çox fəal, Azərbaycan diasporunun üzvləri səfirliyimizin qarşısına toplaşdı. Onlar erməni diasporu tərəfindən hər hansı təxribat olarsa, səfirliyi müdafiə edəcəklərini demişdilər. Bu çox təsiredici hal idi. Hətta yerli hökumət üzvləri qısa müddətdə bu qədər azərbaycanlının aktivliyinə təəccüb etmişdilər. Birlik, bərabərlik nümayiş etdirmək üçün azərbaycanlılar çox vaxt  bu formada bir araya gəlirlər. Elə azərbaycanlılar var ki, xaricdə oxuyan tələbələrimizə, imkansız insanlara dəstək olurlar. Çox vaxt adlarının hallanmasını da istəmirlər. Latviyada səfirlik açanda müəyyən çətinliklərimiz olmuşdu. Ancaq diaspor fəallarının hamısı yanımızda olaraq köməyini əsirgəməyiblər. Bu cür məqamlar azərbaycanlılarla bağlı işlərin bir hissəsidir. Ona görə də düşünürəm ki, millətimiz haqqında yanlış formalaşan fikirləri özümüzdən uzaqlaşdırmaq lazımdır".

Diasporla İş üzrə Dövlət Komitəsinin I Ərazi şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının yerli təşkilatının sədri Ruslan Quliyevin sözlərinə görə is, bu gün həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlılar barədə bədgümanlıq fikri formalaşdırılır ki, bu da zərərimizə işləyir:


"Hesab edirəm ki, ənənə halını almış bu qara piar ayrı-ayrı xarici institutların birbaşa xalqımıza qarşı düşmənçilik siyasətidir.

Mən dəfələrlə şahidi olmuşam ki, həm Azərbaycanda, həm də xaricdə yaşayan imkanlı şəxslər öz soydaşlarına kömək edirlər.

Amma onların içərisində elələri var ki, bunun aşkara çıxarılmasının tərəfdarı deyillər. Ona görə də azərbaycanlıların, xüsusilə də imkanlı soydaşlarımızın öz həmvətənlərinə dəstək göstərməməsi barədə düşüncələr tam əsassızdır. Hər gün sosial şəbəkələrdə "kömək edin" deyə elanlar verilir. Məgər o elanlara reaksiya verlimir, əlbəttə ki, kömək edilir. Demək istədiyim odur ki, barəmizdə bədgümanlıq yaradırlar. Bir daha qeyd etmək istəyirəm ki, bu, heç də xoşməramlı deyil.

Bir çoxları xəbərsiz ola bilər, ancaq xaricdə yaşayan azərbaycanlıların bir-birinə çox dəstək olduqları şəksizdir. Sadəcə bu münasibətlərə kölgə salmaq istəyən təxribatçı qüvvələr var. Və biz də çalışmalıyıq ki, onların bu təxribatlarına aldanmayaq.

Hər birimizə məlumdur ki, erməni lobbisi zaman-zaman fərqli məkanlarda, xüsusilə Amerika və Fransada pul toplamaq üçün kampaniyalar həyata keçirir.

Biz dəfələrlə məlumatlar əldə etmişik ki, 10 min manat pul toplayan ermənilər iddia edirlər ki, milyonlar toplanılıb. Onlar gördükləri işi başqalarının gözündə yüksəldərək öz dəyərlərini artırırlar. Amma bizim bəzi insanlar görülən işləri kiçildərək, gözdən salırlar. Ona görə də Azərbaycan üçün, xalqımız üçün çöx böyük işlər görən insanların əziyyətini dəyərləndirməli və onları bacardığmız qədər qorumalıyıq.

Təəssüfedici hallardan biri də odur ki, bəzi ölkələrdə azərbaycanlıların üz-üzə gəlməsi barədə informasiyalar verilir, bunlar da yanlış məlumatlardır. Azərbaycanlılar dünyanın bacarıqlı, çalışqan millətləri sırasındadır. Mən əminəm ki, bir azərbaycanlı harda olursa-olsun öz əməyi, zəhməti hesabına ön sıralarda olmağı bacarır. Sadəcə bunun qarşısını almaqdan ötrü qeyd etdiyimiz xarici xüsusi xidmət orqanları nifaq yaradırlar.

Mən bütün soydaşlarımızı bədgümanlıqddan qaçmağa və inamlı olmağa səsləyirəm. Bir neçə gündən sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edəcəyik. Hər bizimizin həmrəyliyə töhfəsi bu olmalıdır".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55