Modern.az

Hər zaman tək yumruq olmağa davam edəcəyik - Türkiyə MN

Hər zaman tək yumruq olmağa davam edəcəyik - Türkiyə MN

Ölkə

26 İyun 2026, 12:42

Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Azərbaycanı 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Modern.az xəbər verir ki, bununla bağlı nazirliyin rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.

Paylaşımda deyilir:

"Azərbaycan Silahlı Qüvvələrinin 108-ci ildönümü münasibətilə qardaş Azərbaycanı ürəkdən təbrik edirik. Ölkənin sabitliyi və təhlükəsizliyi naminə gecə-gündüz fədakarlıqla xidmət edən qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq. Hər zaman olduğu kimi, bundan sonra da tək ürək, tək yumruq olmağa davam edəcəyik."

Paylaşım qısa zamanda sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb və Azərbaycan-Türkiyə qardaşlığına dair çoxsaylı dəstək mesajları ilə paylaşılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi