Modern.az

Fon der Leyenin Cənubi Qafqaz səfərinin MƏQSƏDİ

Fon der Leyenin Cənubi Qafqaz səfərinin MƏQSƏDİ

Dünya

26 İyun 2026, 14:45

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen gələn həftə Ermənistan və Azərbaycana səfər etməyi planlaşdırır.

Modern.az xəbər verir ki, "Politico" nəşri Avropa rəsmilərinə istinadən yazır ki, Ursula fon der Leyen Cənubi Qafqaz regionunda Avropa Birliyinin mövqeyini gücləndirmək və Rusiyanın təsirinə qarşı durmaq niyyətindədir.

Nəşr mənbələrindən birinə istinadən yazır ki, "səfər ticarət və digər əlaqələrin gücləndirilməsinə, eləcə də Moskvanın keçmiş Sovet respublikalarında təsirini qorumaq səylərinə qarşı durmağa kömək etməyə yönələcək".

"Politico"nun məlumatına görə, fon der Leyeni səfərdə hazırda Ukrayna və Moldovanın üzvlük prosesi üçün fəal şəkildə lobbiçilik edən Abirliyinin genişlənmə üzrə komissarı Marta Kos müşayiət edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia