Arxiv
20 Yanvar 2019, 11:22 | ƏDƏBİYYAT
İranlı şairənin inqilabı

Mərahim Nəsib

Sevgi görməyən bir qız uşağı, övladından ayrılmış ana, namussuz elan edilmiş aşiq, şeiri tanrısı hesab edən sənətkar və ən əsası isə, özünü tapmağa başlayanda həyatını itirən bədbəxt bir qadın-Füruğ Fərruxzad.

Adının mənası işıq olan Füruğ 1934-cü ildə Tehranda hərbçi ailəsində dünyaya gəlib. Onun qara taleyi elə anadan olduğu gündən başlayır. Sanki hansısa qüvvə onu bilərəkdən bu bataqlığa atır ki, öz alovu ilə geridə qalanlara işıq saçsın.

 

1951-ci ildə 17 yaşında məcburi olaraq ərə gedir.

1952-ci ildə ilk kitabı "Əsir" işıq üzü görür.

1953-cü ildə oğlu dünyaya gəlir.

1954-cü ildə ərindən boşanır. Şəriət qanunlarına əsasən, oğlunun atası ilə qalmasına qərar verilir. Bu azmış kimi, boşandıqdan sonra heç vaxt oğlunu görə bilmir.

İlk şeirlərindən birini də oğluna həsr edir:


"Səni istəyirəm

və bilirəm ki,

əsla qoynuma ala bilməyəcəyəm səni.

Sən o aydın və parıldayan göy üzüsən,

mən isə bu qəfəsdə dustağam"

1956-cı ildə İtaliyaya gedir.

1957-ci ildə "Divar" adlı ikinci kitabı işıq üzü görür.

1959-cu ildə üçüncü kitabı "Üsyan" nəşr olunur.

1960-cı ildə İrana geri qayıdanda, artıq şeirlə bərabər Teatr və Kino sahəsi ilə də maraqlanmağa başlayır.

1962-ci ildə lentə aldığı "İtaliya" adlı sənədli filmi, İtaliyada sənədli filmlər festivalında birinci yerə layiq görülür.

1963-cü ildə "Qara ev" filmi isə Almaniyada ən yaxşı film mükkafatını qazanır.

1964-cü ildə "Başqa bir doğuluş" adlı dördüncü kitabı yayımlanır.

1965-ci ildə UNESCO və Bernardo Bertolucci tərəfindən haqqında iki sənədli film çəkilir.

1967-ci il 14 fevralda yol qəzası nəticəsində dünyasını dəyişir.

 


Bu xronoloji ardıcıllığı əbəs yerə qeyd etmədim. İran kimi qapalı şərq ölkəsində, qadınların azad olmadığı bir zamanda və bir sistemdə cəmiyyətin qəbul etmədiyi işləri ardıcıllıqla görmək heç də asan deyildi, həm də bir gənc qadın üçün. Amma Füruğ Fərruxzad bunu bacarmışdı.

 

Günümüzdə modern, sərbəst, azad qadınların mentalitet və ictimai qınaqlardan doğan "qadın cəhalətinə", "qadın avamlığına" qarşı apardığı mübarizəni 20-ci əsrin 50-ci illərində, İran kimi şərq ölkəsində, 20 yaşlarında olan Füruğ Fərruxzad aparmağa başlamışdı.

Füruğ öz həyat tərzi və yaradıcılığı ilə azadlığın nə qədər əlçatmaz, nə qədər gözəl və necə dadlı bir nemət olduğunu cəmiyyətə çatdırmaq istəyirdi.

 

Füruğ Fərruxzad, yaradıcılığını həyatı ilə birləşdirərək sadəcə şeirlər yazan bir qadın deyildi. O,  həm də bütün dərdlərini şeirləri ilə danışdırmağı bacaran bir şair idi.Yazdığı şeirlər ilə 20-ci əsrin ortalarında, İranda qadın olmağın bütün təfərrüatını və mahiyyətini simvolizə etməyə çalışırdı.

 

Füruğ, müasir İran ədəbiyyatının əsas simalarından hesab olunur. Müasirlərindən fərqli olaraq, o bütün varlığını yaradıcılığa, yaradıcılıq vasitəsi ilə isə radikal sistemin içində nəfəs ala bilməyən, boğulan insanlara həsr eləmişdi. Qadınların qadın ola bilməsinin, arzularının, istəklərinin azad və müstəqil yaşamağa layiq olmaqlarının simvolu olmuşdur. Onun üçün qadın bir qardaşın, yaxud bir ərin, ya da bir atanın oyuncağı, köləsi deyildi, qadın öz-özlüyündə, hər şeyə rəğmən azadlığa layiq bir varlıq idi. Məhz bu səbəbdən də bütün varlığı və yaradıcılığı ilə bunu təbliğ etməyə çalışırdı.

1952-ci ildə evindəki əsarətdən xilas olmaq üçün başqa bir məhbus həyatına razı olur. Hələ 17 yaşında ikən ailə qurur və bir il sonra bir oğlu dünyaya gəlir. Lakin oğlunun dünyaya gəlməsindən çox keçməmiş, əri ilə yaşadığı problemlər səbəbindən boşanır. Boşanmağının əsas səbəbi isə, 1954-cü ildə Tehranın məşhur dərgilərinin birində dərc olunan erotik şeiri olur. Şeirin mövzusu bir qadının əri olmayan kişi ilə yaşadığı erotik münasibətdən bəhs edir. Təbii ki, o şəraitdə heç bir ər "belə bir qadın" ilə yaşamağa razı olmazdı.

 

Füruğ boşandıqdan sonra İtaliyaya gedir. Bir müddət sonra İrana qayıdaraq, kino çəkmək üçün bir sıra film şirkətlərinə müraciət edir və nəhayət həyatında növbəti macəralara pəncərə açacaq olan  İbrahim Gülüstani ilə tanış olur. Gülüstaniyə olan qarşılıqsız sevgisinə görə dəfələrlə sərt təhdidlərə, təhqirlərə məruz qalır. Hətta bir neçə dəfə intihara cəhd etsə də, istəyinə nail ola bilmir.

Füruğ bu münasibəti bir şeirində belə qələmə alır:

"Mənim bədənim onun üçün sanki müvəqqəti bir seçimdir. Lakin mən bütün ağacların budaqlarında bir meyvə kimi yetişmək istəyirəm".

 

Füruğ şeiri şeir kimi yaşayırdı. Həyatının hər dəqiqəsində şair olmalı olduğuna inanırdı. Sözləri də şeirə olan baxış bucağını ortaya qoyurdu.

Yaşadığı müddət ərzində yazmağa davam elədi. Yazmaq onun üçün nəfəs almaq idi. Yazmaq onun üçün azad qadın olmaq, azadlığını yaşamaq idi.

 

Füruğ, doğumu ilə ölümü arasındakı 32 illik qısa bir ömürə bütün bunları sığışdırmağı bacarmışdı.

 

Onun ən böyük özəlliklərindən biri də, qadınlar şeir yaza bilməz tabusunu qırmaqdan ibarət idi. Əvvəllər qadın şairlər şeirlərində sevgidən bəhs etsə də, heç vaxt şeirlərində sevginin cinsini vurğulamaz, gizli saxlayardılar. Yalnız kişilər qadınlara şeir yaza bilər, onları istədikləri kimi vəsf edə bilərdilər. Füruğun yazdığı erotik şeirlər, üstəlik şeirlərində çəkinmədən şeirlərini ünvanladığı şəxsləri çılpaqlığı ilə vəsf etməsi, onun inqilabının əsas tərəflərindən biri idi.

Lakin onun inqilabı özündən başqa hamıya nəsə qazandırırdı. Özü isə daim ən ağır mənəvi işgəncələrə məruz qalırdı.

 

Belə ki "Divar" adlı şeirlər kitabı işıq üzü gördükdən sonra, bir qadına edilə biləcək ən ağır işgəncəyə məruz qalır. Oğlunu görməyi ona ömürlük qadağan edirlər. Dəfələrlə oğlunun oxuduğu məktəbə gedib onu gizli-gizli izləməsinə rəğmən, ona yaxınlaşıb çəkdiyi əzab-əziyyəti az da olsa susdura bilmir. Sonralar anası cüzam xəstəsi olan bir uşağı onun üçün övladlığa götürərək az da olsa oğlu üçün çəkdiyi həsrəti unutdurmağa çalışır.

Elə bu səbəbdən də müasirləri onun haqqında belə deyirdilər:

"İrandakı insanların nə qədər azad ola bildiyini, sırf şair olduğu üçün övladından məhrum edilmiş bu qadından analaya bilərik".

 

"Həssas və incə bir gövdəylə

iri, sərt iki məməylə

bir sərxoşun, bir dəlinin, bir sərsərinin yatağında

kirlədə bilər insan bir eşqin məsumiyyətini"

deyən Füruğ, gecə vaxtı fırtınalı dənizin ortasında qalan gəmiyə bənzəyirdi. O gəmiyə ki, ertəsi gün günəş çıxsa da, fırtınanın təsirindən dağıntıları dənizin ortasında qalmışdır.

 

Qısa ömrünə böyük şeylər sığdırmağı bacaran Füruğun şeir ölkəsinin vətəndaşı olan insan, eşqdən ən ağır zərbələri alsa belə, yenə də eşqi sevməyə başlayır.

32 yaşında ikən öz maşını ilə kinostudyadan çıxıb evə gedəndə, qəza şəraiti yarandığı üçün, məktəbdən uşaqları gətirən avtobus ilə toqquşmasın deyə maşını ağaca çırparaq gözlərini həyata əbədi olaraq yumur.

Qarşı çıxdığı rejim onun cənazəsindən belə intiqam almağa çalışır. Mollalar "fahişə"nin cənaza namazını qılmayacaqlarını söyləyirlər. Atası tərəfindən rədd edilmiş qadın, kütlə tərəfindən də tərk edilmişdi. Cənazə namazı qılınmadığı üçün dəfni iki gün gecikdirilir. Nəhayət bir yazıçı tərəfində namazı qılınır və dəfn olunur.

Füruğ haqqında söyləniləcək çox söz olsa da, onu təsvir etmək üçün kəlimələr  kifayət eləmir.

Füruğ ölsə də, yaratdıqları ilə bu gün də yaşamağa davam edir.

Özünün dedyi kimi:

"Quş ölür, sən uçmağı xatırla"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan gözlənilmədən Kəlbəcərə gəldi – FOTOLAR 28 Yanvar 2020, 17:24 Yol polisi "Sədərək" dairəsində sürücülərə "tələ qurulması" xəbərini təkzib etdi 28 Yanvar 2020, 17:12 Netanyahu Putinə “Əsrin razılaşması” barədə məlumat verəcək 28 Yanvar 2020, 17:06 Çin restoranlarına getməyin! - Nazirlikdən XƏBƏRDARLIQ 28 Yanvar 2020, 17:00 Musa Qasımlı seçicilərlə bir arada - Fotolar 28 Yanvar 2020, 16:54 Məmurlara bəd xəbər - Bu qərar ləğv olundu 28 Yanvar 2020, 16:48 İcra başçısı pambıq əkini ilə bağlı göstəriş verdi 28 Yanvar 2020, 16:42 “Azərbaycan Dəmir Yolları” gücləndirilmiş rejimə keçdi: Koronavirusla bağlı 28 Yanvar 2020, 16:36 Xoşbəxt Yusifzadə Fəxri professor oldu 28 Yanvar 2020, 16:30 Çindən gələn mallara qadağa- RƏSMİ 28 Yanvar 2020, 16:24 Çindəki azərbaycanlılardan xəbər - Səfir danışdı 28 Yanvar 2020, 16:23 Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - Fotolar 28 Yanvar 2020, 16:17 Baş Prokurorluq Hacıqabuldakı ölümlə bağlı açıqlama yaydı 28 Yanvar 2020, 16:12 Qədim Kiş kəndi seçkilərə hazırdır - FOTO 28 Yanvar 2020, 16:12 Azərbaycanda ən yüksək əməkhaqqı olan SAHƏLƏR 28 Yanvar 2020, 16:05 Türkiyə yenə silkələndi – 5,1 bal 28 Yanvar 2020, 16:00 Paşinyanın əsas tənqidçisi saxlanıldı - evindən silah tapılıb 28 Yanvar 2020, 15:53 Mentalitet unudulur? - “Artıq bizdə də cütlüklər əvvəlcədən birgə yaşayır, sonra evlənirlər” 28 Yanvar 2020, 15:46 Gədəbəyin deputatı olmaq istəyən  Elmar Musayevdən mesaj - VİDEO 28 Yanvar 2020, 15:40 Dəhşətli virusla bağlı Azərbaycan hökuməti təcili müşavirə keçirdi - Prezident tapşırıq verdi 28 Yanvar 2020, 15:34 Mübariz Mənsimov daha 150 tələbənin təhsil haqqını ödəyəcək 28 Yanvar 2020, 15:28 Su sayğaclarını oğurlayanlar yaxalandılar 28 Yanvar 2020, 15:22 Mədət Quliyev MMC-nin direktorunu işdən çıxardı 28 Yanvar 2020, 15:16 Kamran Bayramov Şəmkirin Quşçu və Çovdar kəndlərində görüşlər keçirib - Fotolar 28 Yanvar 2020, 15:10 Azərbaycanda yeni musiqi alətləri yaradıldı- “ay-ulduz”, “sevgililər”, “fitar”... 28 Yanvar 2020, 15:05 Xəzərdə gəmi batdı, 4 balıqçı xilas edildi 28 Yanvar 2020, 15:00 İctimai Şuranın üzvləri BMU-da imtahanların gedişini izləyiblər 28 Yanvar 2020, 14:54 Ermənistan Konstitusiya Məhkəməsinin hakiminin oğlu oğurlanıb 28 Yanvar 2020, 14:48 İranda Almaniya vətəndaşı zorla xəstəxanaya yatırıldı - koronavirusa görə 28 Yanvar 2020, 14:42 Moskvada azərbaycanlı iş adamı amansızlıqla qətlə yetirildi 28 Yanvar 2020, 14:36 Vüqar Bayramov: “Mən deputatlığa səlahiyyət kimi yox, məsuliyyət kimi baxıram” 28 Yanvar 2020, 14:30 Məlahət İbrahimqızı 3-cü mikrorayonun sakinləri ilə görüşüb - FOTO 28 Yanvar 2020, 14:25 Koronavirusdan qorunmaq üçün 5 MƏSLƏHƏT 28 Yanvar 2020, 14:20 Səfirliklərlə diaspor qarşıdurması: GƏRGİNLİKDƏN KİMLƏR QAZANDI 28 Yanvar 2020, 14:16 Azərbaycan millisinin baş məşqçi postuna 32 namizəd 28 Yanvar 2020, 14:10
SORĞU Yeni parlamentdə kimlər olsun?