Amerika kinosunun məşhur simalarından biri, aktrisa Eva Mari Sent 102 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, aktrisanın adı xüsusilə 1950-ci illərin Hollivud kinosu ilə bağlıdır.
Onun ilk böyük kino rolu Elia Kazanın “Limanda” filmində olub. Aktrisa filmdə Marlon Brando ilə tərəf müqabili kimi çıxış edib. Bu rola görə Eva Mari Sent “Oskar” mükafatına layiq görülüb.
Onun karyerasının digər mühüm mərhələsi Alfred Hiçkokun “Şimal-qərbdən şimala” filmi olub. Sent ekran əsərində Kendal obrazını canlandırıb. Bu rol sonradan da aktrisanın ən məşhur kino obrazlarından biri olaraq qalıb.
Eva Mari Sent illər ərzində çoxsaylı filmlərdə çəkilib, müxtəlif janrlarda çalışıb və fərqli nəsillərdən olan aktyorlarla tərəf müqabili olub.