Modern.az

Zeynəb Xanlarovanın İstanbuldan yeni fotosu 

Zeynəb Xanlarovanın İstanbuldan yeni fotosu 

Mədəniyyət

Bu gün, 14:06

Tanınmış jurnalist Sevil Nuriyeva İstanbulda Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb.

Modern.az xəbər verir ki, jurnalist görüşdən fotonu sosial şəbəkə hesabında paylaşaraq sənətkarla bağlı xatirələrini bölüşüb.

Sevil Nuriyeva uşaqlıqdan Zeynəb Xanlarovanın sənətinə heyran olduğunu, sonralar aralarında ailəvi dostluq yarandığını bildirib:

“O, televiziya verilişlərimin qonağı olurdu, nə vaxt dəvət etsəm, həmişə müsbət cavab verirdi”.

Jurnalist sənətkarla uzun söhbətdən ilham aldığını və görüş zamanı kövrəldiyini qeyd edib:

“O mənə həmişə “Sevil can” deyə müraciət edir, eynilə uşaqlığımda nənəmin mənə səsləndiyi kimi. Bilmirəm niyə, amma yenə də çox kövrəldim. Əziz Zeynəb xanım, Allah sizi qorusun”.

Qeyd edək ki, bir müddət əvvəl Zeynəb Xanlarovanın Türkiyədə əməliyyat olunması barədə xəbər yayılmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?