Çexiya 2027-ci ildə “Avroviziya” mahnı müsabiqəsinə qatılmayacaq.
Modern.az xəbər verir ki, bu barədə Çex Televiziyası məlumat yayıb. Qərarın təşkilati tələblər və büdcəyə düzəlişlərin zəruriliyi ilə bağlı olduğu bildirilib.
Çex Televiziyası 2027-ci il müsabiqəsinin yayım lisenziyasını da almayacaq. Buna görə tamaşaçılar yarışmanı “Avroviziya”nın yutub kanalında izləyə biləcəklər.
Qeyd edək ki, Çexiya müsabiqədə ilk dəfə 2007-ci ildə iştirak edib. Ölkənin ən yaxşı nəticəsini 2018-ci ildə Mikolas Yozef əldə edib. O, müsabiqədə 6-cı yeri tutub.
Xatırladaq ki, “Avroviziya-2027” Bolqarıstanın Burqas şəhərində təşkil olunacaq.