Modern.az

Şeyx Əbdül xəstəxanaya yerləşdirildi

Şeyx Əbdül xəstəxanaya yerləşdirildi

Mədəniyyət

29 Sentyabr 2026, 21:46

Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranıb.

Modern.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, aktyor bu gün səhər Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Şeyx Əbdül açıqlamasında məlumatı təsdiqləyib:

“Bir neçə xəstəliklə mübarizə aparıram. Xəstəliyim qarışıq mallar mağazası kimidir, mədə-bağırsaq, göz, bronxlar və s. hamısı bir-birinə qarışıb. Hələ ki, müayinələr aparılır. Həkimlər yekun rəyi müayinələrdən sonra açıqlayacaq. Qocalıq xəstəlikləridir, orqanizm artıq çökür”.

Xatırladaq ki, bir müddət əvvəl Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranmışdı. Özəl xəstəxanaların birinə yerləşdirilən aktyor əməliyyat olunmuşdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır