Modern.az

Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək

Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək

Mədəniyyət

8 Oktyabr 2026, 15:39

Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və Beynəlxalq Muğam Mərkəzinin ev sahibliyi ilə Türkiyə və Azərbaycanın ortaq mədəni irsini universal musiqi dili vasitəsilə bir araya gətirən “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək.

Modern.az xəbər verir ki, Bakı Yunus Əmrə İnstitutunun yaydığı məlumata görə, konsertdə Türkiyə və Azərbaycanın tanınmış bəstəkarlarının seçilmiş əsərləri səsləndiriləcək.

Proqramın xüsusi məqamlarından biri C.Yazlarlının L.Bayramoğullarına həsr etdiyi fleyta, fortepiano və zərb alətləri üçün “Fleytanın Səsi” əsərinin dünya premyerasının təqdim olunmasıdır. 

Konsert oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə