Arxiv
7 Fervral 2019, 10:38 | MEDİA
KİVDF-nin yeni şərtləri - Baş redaktorlar qəzetləri bağlamağı düşünmürlər  

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. Müsabiqədə son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 3000-dən az olmayan, hər buraxılışından ən azı 1500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilər. Hər layihə üçün maksimum məbləğ 60000 (altmış min) manat müəyyən edilib.

Qeyd etdiyimiz qaydalardan görünür ki, maliyyə ayrılması üçün qəzetlərə irəli sürülən şərtlər dəyişdirilib. Belə ki, fondun təsis olunduğu dövrdə KİV layihələrinin maliyyələşdirilməsi üçün müəyyən edilmiş başlıca şərtlərdən biri qəzetlərin gündəlik tirajının minimum 1500 nüsxə, gündəlik satış və abunəsinin isə ümumilikdə ən azı 500 nüsxə olması idi. Sonrakı mərhələdə bu şərtlərə yenidən baxıldı. Xatırladaq ki, 2011-ci ildə gündəlik satış və tiraj üçün minimum hədd müvafiq olaraq 750 və 2000 nüsxə, 2014-cü ildə 1000 və 2500 nüsxə müəyyən edilmişdi.


Şərtlərin bu qədər çətinləşdirilməsindən sonra bəzi baş redaktorlar bildiriblər ki, qəzet çıxarmaq mümkünsüz hala çevrilir. Bu səbəbdən də çap versiyasını dayandıraraq onlayn rejimdə fəaliyyətlərini davam etdirəcəklər.

Modern.az saytı hazırkı durumu, qəzet rəhbərlərinin yeni planlarını dəqiqləşdirmək üçün baş redaktorların özləri ilə əlaqə saxlayıb.

“Bizim yol” qəzetinin və bizimyol.info saytının baş redaktoru Bahəddin Həziyev vurğulayıb ki, rəhbərlik etdiyi qəzet artıq fəaliyyətini dayandırıb. Baş redaktor diqqətə çatdırıb ki, “Bizim yol” qəzetinin çap versiyası dayandırılsa da, onlayn versiyada fəaliyyət davam edəcək
 

“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev isə KİVDF-nin çap mediası ilə bağlı tələbkarlığının artmasını müsbət hal kimi qəbul etdiklərini bildirib:

“Azərbaycanda bir çox sahələrdə inkişaf gedir, amma qəzetlərimiz bu inkişafdan geri qalır. Xaricdən ölkəmizə gələn istənilən şəxs qəzetlərimizə göz gəzdirsə, istər-istəməz, onda Azərbaycan mətbuatı haqda müsbət fikir yaranmayacaq. Çünki həm qonşu dövlətlər, həm də digər ölkələrin rəngli formatda nəşr olunan qəzetləri ilə müqayisədə, bizim cəmiyyətə təqdim etdiyimiz analoji məhsul arasında ciddi fərqlər var. Biz Səudiyyə Ərəbistanında səfərdə olarkən, orada aparıcı qəzetlərin bir gündə 3 dəfə nəşr edildiyinin şahidi olduq. Amma bir məsələnin də üstündən sükutla keçmək olmaz ki, çap mediası onlayn və sosial media ilə rəqabətdə geri qalır. Öz qəzetimizdə dərc olunan bir yazının oxunma səviyyəsinə aid misal gətirə bilərəm. Bu yaxınlarda bir yazımızı sosial şəbəkələrin hesabına 30 min insan oxumuşdu, halbuki, həmin yazını qəzetdən ən çoxu 2 min insan oxuya bilərdi. Görürsünüzmü, kağız versiyası ilə onlayn versiya arasında 15 dəfə artıq fərq yaranır. Bu baxımdan da, real situsiyanı nəzərə alıb, qəzetin onlayn versiyasının gücləndirilməsinə çalışacağıq. Qəzetin çap variantı ilə bağlı isə son qərarımızı mart ayında verəcəyik”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay xatırladıb ki, müəyyən müddətlik dövlət qəzetlərə öz maliyyə yardımını davam etdirir:

“KİVDF-nin müəyyən etdiyi şərtlərə əməl edə bilməyən qəzetlərə maliyyə dayandırılacaq. Hələlik “Ədalət” qəzeti ilə bağlı fəaliyyətimizi dayandırmaqla bağlı fikir yoxdur. Çünki biz qoyulan şərtlərə əməl edirik. Gözləyək, bəlkə durum daha yaxşı olacaq?! Amma hələ ki, qəzetin nəşrinin dayandırılması müzakirə mövzusu deyil. Elə bir fikir də səsləndirməmişik”.

Ölkədə qəzet satışının artırılması məsələsinə gəlincə isə, baş redaktor bunları deyib:

“Satışın artırılması məsələsi tək bizdən asılı deyil. Küçədə, metroda qəzet satışı həyata keçirilmir. Qəzet köşklərində sırf qəzetlərin satıldığını müşahidə etmirik. Ona görə, satışın azlığı ilə bağlı qeyd etdiyimiz məqamlar bizə aid problem deyil. Bunları həll etməlidirlər”.

“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova da deyib ki, kollektivin fəaliyyəti fond tərəfindən irəli sürülən tələblərə uyğun davam edir:

“Gündəlik fəaliyyətimizi həmin şərtləri təmin etmək üzərindən qururuq. Həm satış, həm də abunəmiz KİVDF-nin irəli sürdüyü şərtlərə uyğundur. Hətta bir neçə ay əvvəl KİVDF tərəfindən qoyulan tələbləri  artıqlaması ilə yerinə yetiririk. Müəyyən edilən müddətdən - 3 aydan sonra yeni tələblərə uyğun layihəmizi təqdim edəcəyik, xüsusi addımlar atacağıq. Sonra necə olacağını deyə bilmərəm”.

Baş redaktor Elçin Mirzəbəylinin rəhbərlik etdiyi “Xalq Cəbhəsi” qəzeti də ənənəvi qaydada işini davam etdirir. E. Mirzəbəyli söyləyib ki, KİVDF tərəfindən qoyulan şərtlər onlar üçün ciddi çətinlik yaratmır:

“Çünki bundan öncəki fəaliyyətimizdə də bir addım öndə getməyi nəzərə almışdıq. Hazırda qəzetin dizaynı, bütövlükdə şərtlərə uyğun fəaliyyəti ilə bağlı addımları davam etidirik. Qoyulan şərtlər yeni deyil. 2018-ci ilin ikinci yarısında maliyyə yardımı ayrıldıqda bütün KİV-lərə bu barədə məlumat verilib, xəbərdarlıq edilmişdi. Kimlərsə, hazırlıq prosesi gördülər, kimlərsə görmədilər. Mən həmkarlarımın hər birinə uğurlar arzu edirəm. Bir media nümayəndəsi olaraq, hansısa media orqanının fəaliyyətinin dayandırılmasının tərəfdarı deyiləm. Düşünürəm ki, qoyulan şərtlərin də bundan öncə olduğu kimi öhdəsindən gələcəyik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Həmişə  yanımızda olan deputatımıza yenə səs verəcəyik - FOTOLAR 25 Yanvar 2020, 21:19 Etiraz aksiyalarında 4 nəfər öldürüldü 25 Yanvar 2020, 21:02 Azər Kərimli seçicilərini evlərində ziyarət edir - FOTOLAR 25 Yanvar 2020, 20:47 Cəbrayıllılardan Ceyhun Məmmədova böyük dəstək - FOTOLAR 25 Yanvar 2020, 20:29 Şənbə etüdləri - Şöhrət Eyvazov yazır 25 Yanvar 2020, 20:14 Əhliman Əmiraslanova  ağır itki 25 Yanvar 2020, 20:00 Seçicilər hə” dedilər... -  Turanda görüşlər 25 Yanvar 2020, 19:33 Zobcuq sakinləri Vüqar Bayramovu böyük təntənə ilə qarşıladı - FOTO 25 Yanvar 2020, 18:00 Sumqayıtda mənzildə qadın meyiti tapılıb 25 Yanvar 2020, 17:58 Gürcüstan vətəndaşının Bakıda bank hesabı qarət edildi 25 Yanvar 2020, 17:45 Çindəki azərbaycanlı doktorant: “Çıxış bağlanıb, övladımın virusa yoluxacağından çox qorxuram” 25 Yanvar 2020, 17:29 “5 rayon qaytarılır, Kəlbəcərlə Laçın keçid status alır” – Paşinyandan SENSASİON AÇIQLAMALAR 25 Yanvar 2020, 17:23 Rövşən Sadıxov iki kəndin seçiciləri ilə görüşüb - FOTOLAR 25 Yanvar 2020, 17:11 “Dünyanın ən gözəl, ziyalı və qayğıkeş qadınları Azərbaycan xanımlarıdır” - TAHİR MİRKİŞİLİ - FOTOLAR 25 Yanvar 2020, 17:00 Musa Qasımlı seçicilərlə bir arada - FOTOLAR 25 Yanvar 2020, 16:45 Prezident Avstraliyanın General-Qubernatorunu təbrik edib 25 Yanvar 2020, 16:39 Azərbaycanlıların ən çox çalışdığı sahələr hansıdır? 25 Yanvar 2020, 16:31 Qobu Parkda məskunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTO 25 Yanvar 2020, 16:26 XİN-dən Çindəki azərbaycanlılarla bağlı  YENİ AÇIQLAMA 25 Yanvar 2020, 16:24 Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - FOTOLAR 25 Yanvar 2020, 16:19 Gəncədə hərbi şəhərçiyin sakinləri Pərvin Kərimzadəni dəstəkləyirlər-VİDEO   25 Yanvar 2020, 16:16 Çinin karantin edilən şəhərində azərbaycanlı tələbələr də var - ÖZƏL 25 Yanvar 2020, 16:08 Heydər Əliyev Fondu Salyanda yeni məktəb binası inşa etdi - FOTOLAR 25 Yanvar 2020, 16:03 “Azərenerji” ASC-nin sədrinə ağır itki üz verdi 25 Yanvar 2020, 15:51 İt dişləməsindən ölən şagirdlə bağlı AÇIQLAMA: “Poliklinikaya getməyib” 25 Yanvar 2020, 15:40 Leriki Milli Məclisdə kim layiqincə təmsil edə bilər? - İqbal Məmmədov yoxsa digərləri... Niyə məhz İQBAL MƏMMƏDOV! 25 Yanvar 2020, 15:35 Azərbaycanda ödənişli xidmətlərin dəyəri rekord vurub 25 Yanvar 2020, 15:29  Könül Nurullayeva: "Seçicilərimi əl-ələ verib birgə çalışmağa səslədim” - FOTOLAR 25 Yanvar 2020, 15:24 AŞPA-da 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçiriləcək 25 Yanvar 2020, 15:20 Prezident zəlzələ bölgəsindəki azərbaycanlı tələbələrlə bağlı TAPŞIRIQ VERİB 25 Yanvar 2020, 15:13 “AzerGold” QSC “Milli KSM-2019” mükafatına layiq görüldü 25 Yanvar 2020, 14:58 Zəlzələ bölgəsindəki azərbaycanlı tələbə: “Biz zərərçəkənlərə kömək edirik, səfirlik bizlə maraqlanmır...” 25 Yanvar 2020, 14:46 Azərbaycana 20 irimiqyaslı işgüzar tədbir cəlb ediləcək 25 Yanvar 2020, 14:40 Ziyafət Əsgərov seçicilərlə - FOTOLAR 25 Yanvar 2020, 14:34 Özbəkistanın yeni hökuməti təsdiqləndi 25 Yanvar 2020, 14:24
SORĞU Yeni parlamentdə kimlər olsun?