Arxiv
15 mart 2019, 17:17 | AKTUAL
Kamal Abdulla Kanada nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Kanadanın Almaniyadakı səfiri, həmçinin Avropa İttifaqı və Avropadakı xüsusi nümayəndəsi Stefan Dion, bu ölkənin Türkiyə, Azərbaycan, Gürcüstan və Türkmənistandakı səfiri Kristofer Kuterlə görüşüb.

 

Rəsmi qonaqları rəhbərlik etdiyi universitetdə görməkdən məmnun olduğunu bildirən rektor qeyd edib ki, nümayəndə heyətinin Bakıya səfəri Azərbaycan və Kanada arasında olan əlaqələrin daha da genişlənməsinə səbəb olacaq.

ADU haqqında məlumat verən rektor bildirib ki, ali təhsil ocağını bitirən məzunlar arasında yüksək dövlət vəzifələrində, səfirliklərdə çalışan şəxslər üstünlük təşkil edir.

 

Stefan Dion Azərbaycan Dillər Universitetində olmaqdan məmnun olduğunu deyib. O, qeyd edib ki, Kanadanın Baş naziri Azərbaycan və ölkəsi arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır:

“Əvvəlcə qeyd edim ki, mən özüm də universitet professoruyam və tələbələrlə, professor-müəllim heyəti ilə görüşmək olduqca xoşdur. Bakıda olduğum müddətdə Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və başqa qurumlarda görüş imkanım olub. Biz əməkdaşlıqla bağlı müxtəlif təşəbbüsləri araşdırırıq, nümayəndə heyətimiz ölkəni tərk etdikdən sonra bu istiqamətdə faydalı iş aparılır”.

 

Səfir Kristofer Kuter isə Azərbaycanla ölkəsi arasında təhsil sahəsindəki mövcud əməkdaşlığa toxunub. Onun sözlərinə görə, 240 azərbaycanlı gənc dövlət hesabına Kanadada təhsil alır. Səfir ölkəsinin Toronto və Vaterloo universitetlərinin Azərbaycandakı ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Rektor Kamal Abdulla bu təşəbbüsü yüksək qiymətləndirib və hər iki universitetin rəhbərliyi ilə mövcud istiqamətdə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

 

 Daha sonra nümayəndə heyəti ADU-nun professor müəllim heyəti ilə görüşüb, onlarla fikir mübadiləsi aparıb.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilən azərbaycanlı alimdən AÇIQLAMA 18 Noyabr 2019, 13:38 Gürcüstandakı etirazlara azərbaycanlılar da qoşulub - Deputat 18 Noyabr 2019, 13:37 İran hökuməti etirazlarla bağlı XƏBƏRDARLIQ ETDİ 18 Noyabr 2019, 13:34 “Atam Xankəndinə qayıdacağı günün ümidilə dünyadan köçdü” - Xankəndi sakininin acı XATİRƏLƏRİ 18 Noyabr 2019, 13:31 Sabahın HAVASI: Bakıya yağış, rayonlara qar yağacaq 18 Noyabr 2019, 13:19 İstilik tarifləri də qaldırılacaq? 18 Noyabr 2019, 13:12 100-dən çox  doktorant dövlət xətti ilə xaricdə təhsil alacaq - RƏSMİ 18 Noyabr 2019, 13:06 Gürcüstan müxalifətinin əsas tələbi RƏDD EDİLDİ 18 Noyabr 2019, 13:00 Prezident iki yeni səfirin etimadnaməsini qəbul etdi - FOTOLAR 18 Noyabr 2019, 12:56 “Azərenerji” gənc və perspektivli kadrların yolunu açır  18 Noyabr 2019, 12:50 Cəlil Məmmədquluzadənin nəticəsi: “Fəxr edirəm ki, ulu babam bu qədər sevgi qazanıb” 18 Noyabr 2019, 12:25  “Azərbaycan hələ uzun illər dünyanın dini tolerantlıq mərkəzi kimi qalacaq” 18 Noyabr 2019, 12:15 Bakı-Sumqayıt yolunda növbəti piyada ölümü 18 Noyabr 2019, 12:07 Bakı Ali Neft Məktəbinə yeni mətbuat katibi təyin olundu   18 Noyabr 2019, 12:00 Rusiyanın 4 ZƏİF CƏHƏTİ 18 Noyabr 2019, 11:53 Deputatlarımız Sofiyaya gedirlər 18 Noyabr 2019, 11:46 Azərbaycanlı jurnalistlər bu gün İrəvana gedir? 18 Noyabr 2019, 11:40 Oftalmoloq Anar Abdullayevdən yeni cərrahi METOD  18 Noyabr 2019, 11:36 Hazırda yaşayan “Xalq artisti” və “Əməkdar artist”lərin sayı AÇIQLANDI 18 Noyabr 2019, 11:30 Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edildi 18 Noyabr 2019, 11:24 Bakıda liftdə qalan şəxs xilas edildi 18 Noyabr 2019, 11:18 Cəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlib 18 Noyabr 2019, 11:16 Milli Məclis büdcə zərfini ikinci oxunuşda müzakirə edir 18 Noyabr 2019, 11:14 Abşeronun bu kəndlərində işıq olmayacaq 18 Noyabr 2019, 11:05 Məktəblilərin “Ölkəmizi tanıyaq” aksiyasında növbəti səfər gerçəkləşdi 18 Noyabr 2019, 11:00 Qarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEO 18 Noyabr 2019, 10:53 Ağsuda ev yandı 18 Noyabr 2019, 10:51 Cəlilabadda gənc müəllim evində ölü tapılıb 18 Noyabr 2019, 10:48 Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb 18 Noyabr 2019, 10:27 Cəbhədə silahlar susmur... 18 Noyabr 2019, 10:18 Ruhani benzinin bahalaşmasını izah etdi: “Üç yolumuz var idi..” 18 Noyabr 2019, 10:16 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi   18 Noyabr 2019, 09:44 Dini liderlərin Bakı Sammitinin NƏTİCƏLƏRİ - Azərbaycan bu tribunadan necə istifadə etdi?  18 Noyabr 2019, 09:40 Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi 18 Noyabr 2019, 09:36 ABŞ-la Avropa Birliyindən Gürcüstandakı siyasi gərginliyə REAKSİYA 18 Noyabr 2019, 09:36