Arxiv
24 Aprel 2019, 16:42 | AKTUAL
QHT Şurası BDU-da SƏLİS-in yeni proqramını təqdim etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yeni brendi olan “SƏLİS”in (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramının ilk təqdimatını Bakı Dövlət Universitetində keçirib.

Modern.az-ın məlumatına görə, Universitetin rektoru Elçin Babayev Şuranın yeni innovativ xidmətinin ilk təqdimatının məhz BDU-da keçirilməsini yüksək qiymətləndirib, məmnunluğunu ifadə edib. Rektor Elçin Babayev Şuranın fəaliyyət göstərdiyi 10 ildən çox müddət ərzində hər zaman şəffaflıq, aşkarlıq və hesabatlılıq prinsiplərini yüksək tutaraq QHT-lərə, Vətəndaş Cəmiyyətinə, dövlətə, xalqa xidmət etdiklərini bildirib. O, əlavə edib ki, yeni elektron xidmətlər məhz həmin prinsiplərin daha aydın, səlis və dəqiq tətbiqini özündə ehtiva edir və bu, vətəndaşlara, QHT-lərə 7/24 formatlı yeni xidmət formasdır. Çıxışın sonunda Elçin Babayev tələbələri bu xidmətdən yararlanmağa, bununla da ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağırıb.

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev universitet rəhbərliyinə yaradılan şəraitə görə təşəkkür edib. Şura sədri çıxışında Şuranın yaranması zərurəti, Cənab Prezidentin bu yöndə irəli sürdüyü dövlət siyasətinin əsas prinsipləri, dövlət qurumlarında şəffaflıq, aşkarlıq və əlçatanlığın hər zaman bərqərar olması üçün imzaladığı sərəncam və fərmanlardan, strateji addımlardan danışıb və Şuranın fəaliyyət göstərdiyi müddət ərzində bu prinsiplərin hər zaman ali tutulduğunu qeyd edib. Azay Quliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Şura yaranana qədər xarici donor təşkilatlar Azərbaycanın milli məsələləri, milli maraqlarına yönəlik addımları, Dağlq Qarabağ, qaçqın və məcburi köçkün probemləri ilə bağlı layihələri maliyyəşdirməyiblər. Bu tendensiyaya yalnız ilk milli donor instititutu formalaşandan sonra son qoyulub.

Şura sədri QHT-lərə, vətəndaşlara, Vətəndaş Cəmiyyətinə fasiləsiz xidmət edən, QHT layihələrinin maliyyələşdirilməsi, hesabatlılıq, apelyasiya, müracətləri və digər (ümumilikdə 20 xidmət) elektronlaşdıraraq izafi vaxt və maddi itkiləri aradan qaldıran innovativ, müasir və çevik SƏLİS Xidmət haqda danışıb. Azay Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində ölkənin bütün vətəndaşlarını QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qiymətləndirməyə dəvət edir. Bu məqsədlə Şuranın yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramını ictimaiyyətə təqdimatına başlanıb. Tədbirin məhz ölkənin bir nömrəli və ən qədim universitetində keçirilməsinin məqsədi olaraq QHT sektorunun uzun müddət xidmətində dayancaq bu xidmətin işində BDU-nun tələbə və müəllimlərinin Vətəndaş olaraq da iştirakına dəvət etməkdir.

Sonra SƏLİS Xidmətə daxil olan e-vətəndaş xidməti, vətəndaşların istifadə qaydaları, verəcəyi səmərə barədə hazırlanmış təlimat xarakterli video-çarx nümyiş olunub. Video-çarxın nümayişindən sonra Şuranın əməkdaşı Elnur Bağırlının “e-vətəndaş proqramından istifadə qaydalarının təqdimatı” haqqında çıxışı dinlənilib. Tədbirdə iştirakçılar arasından könüllü olaraq seçilən BDU tələbəsi Sevda Əliyeva e-vətəndaş xidmətindən yararlanıb. Beləliklə, e-vətəndaş xidmətinə qoşulmaq üçün tələb olunan sadə prosedur qaydaları reallaşdıran tələbənin ilk e-vətəndaş olması prosesi tədbir iştirakçılarına əyani nümayiş etdirilib.

Tələbələri maraqlandıran suallar cavablandırldıqdan sonra SƏLİS xidməti çərçivəsində daha bir yenilikçi xidmət “İnnobank” təqdim edilib. Şuranın əməkdaşı Toğrul Məmmədlinin təqdimatından sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, müzakirə aparılıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polislərin hədəf alındığı partlayış 20 Avqust 2019, 00:47 Sabirabadda 34 yaşlı kişi özünü asdı 20 Avqust 2019, 00:33 Binəqədidə ev ikinci dəfə qarət edildi 20 Avqust 2019, 00:17 Ukraynanı qorxuda saxlayan 3 Gürcüstan vətəndaşı saxlanılıb 19 Avqust 2019, 23:59 Azərbaycan nefti bahalaşıb 19 Avqust 2019, 23:44 Deputatın həbs edilən qardaşı oğlu kimdir? 19 Avqust 2019, 23:26 Gömrükdə 74 500 ədəd aksiz markası aşkarlandı 19 Avqust 2019, 23:12 Azərbaycanda Aqrar Sığorta Fondu yaradılır - FƏRMAN 19 Avqust 2019, 22:52 "Neftçi" yenə xal itirdi 19 Avqust 2019, 22:33 Ərdoğan xanımı ilə antik kəndi gəzdi - FOTO 19 Avqust 2019, 22:19 Azərbaycandakı “KQB agentləri” bir neçə qrupa bölünür - Gizli şəbəkə üzvləri... 19 Avqust 2019, 22:03 İran S-300-ün analoqunu yaratdı 19 Avqust 2019, 21:58 ABŞ qadağan olunan silahın sınağını keçirdi 19 Avqust 2019, 21:45 Masallılı gənc toyundan 11 gün sonra öldü - FOTO 19 Avqust 2019, 21:26 “Relaks”dakı dava belə başladı - VİDEO 19 Avqust 2019, 21:13 Elmar Məmmədyarov ABŞ-da oğluna toy etdi - FOTO 19 Avqust 2019, 20:56 Azərbaycanda neft hasilatı azalıb 19 Avqust 2019, 20:44 Bizneslə məşğul olan qadınların sayı 12 faiz artıb 19 Avqust 2019, 20:30 Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla sərhəddə gəldi 19 Avqust 2019, 20:18 Astarada 40 yaşlı qadın itkin düşüb 19 Avqust 2019, 20:05 Azərbaycanda çəkilən “Şollerin arxivi” filmi daha bir beynəlxalq uğura imza atdı - FOTOLAR 19 Avqust 2019, 20:03 Göygöl polisinə yeni rəis təyin olundu   19 Avqust 2019, 19:49 Maşın oğrusu tutuldu 19 Avqust 2019, 19:38 Taqım komandirlərin hazırlıq məşğələləri yekunlaşdı - FOTOLAR 19 Avqust 2019, 19:29 Nazir müavini yol qəzasında öldü - FOTO 19 Avqust 2019, 19:17 "WhatsApp" da barmaq izinə keçir 19 Avqust 2019, 19:05 Mənim doğma universitetim...     19 Avqust 2019, 18:58 Sərhədin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək 19 Avqust 2019, 18:46 Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO 19 Avqust 2019, 18:34 Nazirlik şagirdlərin elektron yerdəyişməsi prosesinə aydınlıq gətirdi   19 Avqust 2019, 18:22 Dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötdü - Azərbaycanda 19 Avqust 2019, 18:11 Bakı Metropoliteni qış qrafikinə keçir - Yeni dərs ilindən  19 Avqust 2019, 18:00 Deputat İqbal Məmmədov “Relaks”dakı insidentlə bağlı açıqlama YAYDI 19 Avqust 2019, 17:43 Saxta içkilər istehsal edən sex aşkarlandı - FOTO 19 Avqust 2019, 17:35 General Vilayət Eyvazov əsgərlərlə birlikdə nahar etdi - FOTO 19 Avqust 2019, 17:32