Arxiv
1 May 2019, 14:45 | İQTİSADİYYAT
“Əgər problemi Prezident səsləndirirsə, bundan böyük nə şikayət istəyirlər?”

Aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bir çox məsələlərə toxunub. Ölkə rəhbəri qeyd edib ki, makroiqtisadi vəziyyətin stabil, manatın məzənnəsinin sabit, inflyasiyanın aşağı olduğu vaxtda, süni qiymət artımına qətiyyən yol vermək olmaz.

Prezident deyib ki, bəzi hallarda bahalaşma mövsümi xarakter daşısa da, bir çox hallarda qiymətlər süni şəkildə artırılır.

“İndi ölkə iqtisadiyyatında canlanma var. İnsanların alıcılıq qabiliyyəti artır. Biz bunu indi statistik göstəricilərdən görürük. İndi istehlak bazarına nəzarət edən qurumlar bunu görür. Maaşlar, müavinətlər artır, problemli kreditlərlə bağlı ödənişlər başlamışdır. Ancaq biz imkan verə bilmərik ki, bundan hansısa natəmiz adamlar, möhtəkirlər istifadə etsinlər, qiymətləri süni şəkildə qaldırsınlar, yaxud da ki, hansısa bir inhisarçılıqla məşğul olsunlar. Ona görə istehlak qiymətlərinə daim nəzarət olmalıdır. Süni qiymət artımına qətiyyən yol verilməməlidir. Müvafiq qurumlar bu işlərlə çox ciddi məşğul olmalıdırlar”,-Prezident bildirib.


Maraqlıdır ki, ölkə rəhbəri hər müşavirədə süni qiymət artımına etirazını bildirsə də, problem həll olunmur. Bəs səbəb nədir?

Dəfələrlə parlamentdə süni qiymət artımına etiraz edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, bu problem kökündən həll olunmalıdır:

“Prezident bu problemi havadan demir! Problem çox ciddidir, aidiyyatı qurumlar bununla məşğul olmalıdırlar. Əgər sən xammalı xaircdən dollarla alırsansa, obyektiv bahalaşma başadüşüləndir. Yox, öz ölkəndə istehsal etdiyin məhsulu durmadan bahalaşdırırsansa, deməli subyektiv maraqlardan çıxış edirsən. Xüsusilə də bayramqabağı bahalaşma daha sürətli olur, insanlar ürəyi istəyəni alıb yeyə də bilmir. Buna son qoymaq lazımdır”.

Parlamentari deyib ki, İqtisadiyyat Nazirliyi bu məsələyə diqqəti artırmalıdır:

“Nəzarət gücləndirilməli, monitorinqlər davamlı aparılmalıdır. Bəzən deyirlər “bizə şikayət daxil olmayıb”. Əgər bu problemi Prezident səsləndirisə, bundan böyük nə şikayət istəyirlər? Şikayət var ki, ölkə rəhbəri bunu səsləndirir. Biz mütəmadi olaraq bu məsələni Milli Məclisdə qaldırırıq, mətbuat dəfələrlə yazır. Hamımız bazarla əlaqəsi olan adamlarıq, süni qiymət artımını görürük ki, bu məsələyə toxunuruq. Süni qiymət artımı həm əhali, həm də dövlət üçün çox böyük problemdir.

Bazarda inhisarçılar var, bu bir problemdir. Digər tərəfdən baxırsan ki, kim hansı qiyməti istəyir onu da “oxuyur”. Bunun qarşısı alınmalıdır. Bu kimi halların qarşısı alınmadığı üçün hadisələr baş verir, əhali narazılıq edir. Yenə deyirəm, dövlət başçısı ciddi məsələyə artıq neçənci dəfədir ki, toxunur. Ona görə də konkret addımlar atılmalıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusa yoluxan şəxs Gürcüstan-Azərbaycan sərhədinə mikroavtobusla gədib 27 Fevral 2020, 00:58 Arvadının hədiyyəsi ərini milyonçu etdi 27 Fevral 2020, 00:41 Göyçayda 6 otaqlı ev yandı 27 Fevral 2020, 00:31 Pakistanda da koronavirusa ilk yoluxma qeydə alındı 27 Fevral 2020, 00:12 Qazaxıstan martın 1-dən İrana aviareysləri dayandırır 26 Fevral 2020, 23:53 Rusiya vətəndaşlarını İran, Koreya və İtaliyaya getməməyə çağırdı 26 Fevral 2020, 23:42 Gürcüstan İranla bütün gediş-gəlişi dayandırıb 26 Fevral 2020, 23:23 Avropa Liqasında ilk 1/8 finalçı məlum olub 26 Fevral 2020, 23:08 Gürcüstanda koronavirus aşkarlandı: Yoluxan İrandan Azərbaycan vasitəsilə qayıdıb 26 Fevral 2020, 22:52 İnternat məktəblərində psixoloji yardım həyata keçiriləcək 26 Fevral 2020, 22:41 Daha bir ölkədə koronavirus aşkarlandı 26 Fevral 2020, 22:27 SOCAR Belarusa bir tanker neftin çatdırılmasını təsdiqlədi 26 Fevral 2020, 22:13 İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb 26 Fevral 2020, 21:51 Bakıda kişi metronun çıxışında öldü 26 Fevral 2020, 21:43 “Könlüm Xocalı” - Gənclər soyqırımı belə andı - FOTOLAR 26 Fevral 2020, 21:25 Azərbaycanın hərbi nümayəndələri İranda 26 Fevral 2020, 21:09 Nazirlər Kabineti məktəblərlə bağlı qərar verdi - RƏSMİ 26 Fevral 2020, 20:47 Qaradağda 3 avtomobil toqquşdu: ölən var 26 Fevral 2020, 20:33 ABŞ-da Rusiya və Çinə qarşı gizli danışıqlar başlayır 26 Fevral 2020, 20:18 Elmar Məmmədyarov Avropa İttfaqı rəsmisi ilə Qarabağı müzakirə etdi 26 Fevral 2020, 20:03 Vilayət Eyvazovdan yeni rəis təyinatı 26 Fevral 2020, 19:54 Rusiya İran vətəndaşlarına viza verməyəcək 26 Fevral 2020, 19:50 DİN və Baş Prokurorluqdan Masallıdakı qətllərlə bağlı AÇIQLAMA 26 Fevral 2020, 19:35 Rusiyalı alimlər koronavirusa qarşı peyvənd hazırlayır - Baş nazirin müavini 26 Fevral 2020, 19:29 Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir - Səfir Elman Abdullayev 26 Fevral 2020, 19:11 “Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər” - Prezidentin köməkçisi 26 Fevral 2020, 18:57 Öldürdüyü arvadını 6 yaşında zorlayıb - Masallıdakı qətlin təfərrüatı 26 Fevral 2020, 18:40 Çempionlar Liqasının oyunları təxirə salındı - koronavirusa görə 26 Fevral 2020, 18:34 9 il əvvəl qətl törədən Gəncə sakini Zaqatalada TUTULDU 26 Fevral 2020, 18:17 Azərbaycan XİN başçısının müavinindən Zöhrab Mnatsakanyana CAVAB 26 Fevral 2020, 18:05 Putin Ərdoğanın ad gününü təbrik etdi 26 Fevral 2020, 17:57 Türkiyə Naxçıvanla sərhədi açdı 26 Fevral 2020, 17:55 Bakıda saxta kərə yağı istehsal edən müəssisə AŞKARLANDI 26 Fevral 2020, 17:50 Gəncədə 16 yaşlı qız dəm qazından boğuldu 26 Fevral 2020, 17:47 Salyanda “Xocalı soyqırımının” 28-ci  ildönümü ilə qeyd edilib - FOTO 26 Fevral 2020, 17:45