Modern.az

Trampın otelinə hücum: 1 nəfər öldü

Trampın otelinə hücum: 1 nəfər öldü

Dünya

13 May 2019, 00:33

ABŞ-ın Florida ştatında, "Trump International Beach Resort Miami" mehmanxanası yaxınlığında atışma olub.

 

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

 

Məlumata görə, hadisə zamanı bir nəfər həlak olub. Atışma nəticəsində daha bir nəfər xəsarət alıb. Şahidlər bildiriblər ki, yeddi-səkkiz atəş səsi eşidiblər.

 

Hadisənin təfərrüatları açıqlanmır.

Sizə yeni x var
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama