Arxiv
20 May 2019, 16:11 | AKTUAL
“Dünyanın da Azərbaycana ehtiyacı var” – Deputat Kamilə Əliyeva

“Azərbaycanın dünyaya ehtiyacı olduğu kimi, dünyanın da Azərbaycana ehtiyacı var”.

 

Bu sözləri Modern.az-a açıqlamasında deputat Kamilə Əliyeva söyləyib. Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən bu yana hər zaman ikitərəfli və çoxtərəfli əməkdaşlığa, dövlətimizin ərazi bütövlüyü, suverenliyini tanıyan dövlətlərlə, nüfuzlu regional, beynəlxalq təşkilatlarla səmimi və konstruktiv tərəfdaşlığa üstünlük verib:

“Ölkəmiz hər zaman açıq, şəffaf, milli və dövlətçilik maraqlarına söykənən siyasət yeridib, heç bir ölkənin daxili işlərinə müdaxilə etməyib, qarışmayıb. Eyni zamanda, Azərbaycan əməkdaşlıq, tərəfdaşlıq etdiyi dövlətlərdən, beynəlxalq və regional qurumlardan da bu  cür mövqenin sərgilənməsini istəyib, tələb edib. Azərbaycanın daxili işlərinə müdaxilənin qəbuledilməzliyini və yolverilməzliyini  birmənalı şəkildə ortaya qoyub.

 

Azərbaycan bu gün demək olar ki, bütün beynəlxalq və regional qurumlarla, o cümlədən, BMT-dən sonra dünyada ikinci böyük təşkilat sayılan Qoşulmama Hərəkatı ilə yüksək səviyyəli əməkdaşlıq edir, bu qurumun ən fəal və aktiv üzvlərindəndir. Həmçinin, bu il bu mötəbər qurumun növbəti Zirvə toplantısına ev sahibliyi etməyə hazırlaşır. Yəni, ölkəmiz bu quruma üzv olmaqla bir daha onu nümayiş etdirmiş oldu ki, Azərbaycan müstəqil, balanslaşdırılmış, tarazlaşdırılmış, neytral mövqeli siyasət aparır, heç kimin, heç bir dövlətin daxili işlərinə qarışmır və qarışmaq niyyətində də deyil. Eyni zamanda, hər bir dövlətlə, hər bir beynəlxalq qurumla səmimi əməkdaşlıqda maraqlıdır”.

 

K.Əliyeva onu da qeyd edib ki, müstəqillik illərində Azərbaycanın əməkdaşlığa, tərəfdaşlığa üstünlük verdiyi önəmli və nüfuzlu beynəlxalq qurumlardan biri də, açıq şəkildə desək, Avropada, Qərb dünyasında əsas söz sahibi olan Avropa İttifaqıdır.

Deputat bildirib ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) qoyub:

 

“Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanıb. Onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minib. TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycanla Aİ arasında münasibətlərə yeni təkan verib. Bu saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir. Eyni zamanda, Azərbaycanı Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru növbəti mühüm addım olub. Həmçinin, Azərbaycan-Aİ münasibətlətində ən mühüm mərhələlərdən və məqamlardan biri  də “Şərq Tərəfdaşlığı”dır. Bu təşəbbüs də Aİ xarici işlər nazirlərinin 26 may 2008-ci il tarixində Brüsseldə keçirilmiş görüşü zamanı irəli sürülüb. 7 may 2009-cu il tarixində “Şərq Tərəfdaşlığı” üzrə Zirvə görüşü keçirilib və Zirvə  görüşündə sözügedən təşəbbüsün əsas məqsədləri və prinsipləri, həmçinin  gələcək əməkdaşlıq prosesinin ümumi cizgiləri müəyyən edən Birgə Bəyannamə  qəbul edilib. Həmin dövrdən də artıq Azərbaycan “Şərq tərəfdaşlığı”nın ən fəal və ən aktiv üzlərindən biri kimi Aİ ilə münasibətlərin dərinləşdirilməsi istiqamətində böyük bir yol, məsafə edib.

 

Xüsusilə də, ötən ilin iyulunda dövlət başçısının Brüsselə səfəri zamanı  Aİ ilə  Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bir neçə gün öncə isə ölkə Prezidenti Belçikaya səfəri çərçivəsində Aİ-nin rəsmiləri ilə yenidən bir araya gəldi və  keçirilən görüşlər tərəflər arasında münasibətlərin növbəti yeni mərhələyə qədəm qoyduğunu  ortaya qoydu. Konkret olaraq, Aİ Şurasının prezidenti Donald Tuskla görüşdə ikitərəfli münasibətlərin inkişafı diqqət mərkəzində oldu. Bu, bir daha onun təsdiqi oldu ki, Azərbaycan öz milli maraqları çərçivəsində Aİ ilə əməkdaşlığa böyük önəm verir və bu əməkdaşlığa da daim sadiqdir.

 

Öz növbəsində, Aİ də ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir. Belə demək  mümkünsə, Azərbaycanın dünya dövlətləri, nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən, Aİ ilə əməkdaşlığa ehtiyacı varsa, onların da Azərbaycana ehtiyacı var. Onlar Azərbaycana ehtiyacdırlar, çünki bu bölgədə, bu regionda Azərbaycanın arzusu, istəyi, rizası olmadan heç nəyi reallaşdırmaq, icra etmək mümkün deyil”.

 

Donald Tusk ilə  keçirilən görüşü xüsusi vurğulayam K. Əliyeva söyləyib ki, görüş zamanı ölkəmizin bu mötəbər qurum üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğu qeyd edilib, Azərbaycanın regiondakı rolunun Aİ tərəfindən yüksək qiymətləndirildiyi bildirilib:

 

“Eyni zamanda, ölkə Prezidenti keçirilən bütün görüşlərdə, o cümlədən, Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı işğalçılıq, təcavüzkarlıq siyasəti haqqında danışıb. Prezident xatırladıb ki, ötən ilin iyulunda onun Brüsselə səfəri zamanı paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Bu sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Aİ tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Bütövlükdə, Prezident İlham Əliyevin Brüsselə səfəri böyük əhəmiyyət kəsb edir və bu səfər Azərbaycan-Aİ münasibətlərinin növbəti mərhələdə inkişafında, xüsusən, imzalanması gözlənilən əməkdaşlıq sazişinin baş tutması və reallaşdırılmasında çox mühüm məqam təşkil edəcək.  Azərbaycanı sevməyən, onun inkişafını gözügötürməyən anti-Azərbaycançı dairələrin bütün cəhdlərinə, təxribatçılıq əməllərinə rəğmən, Azərbaycan-Aİ əməkdaşlığı davam edəcək və yaxın gələcəkdə məlum saziş imzalanaraq, öz önəmli töhfələrini verəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İtaliyanın baş naziri istefa verdi 20 Avqust 2019, 18:20 Efirdə Putinin anasını söyən jurnalist işdən qovuldu 20 Avqust 2019, 18:10 Qala Adam 20 Avqust 2019, 17:54 Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi - YENİLƏNİB 20 Avqust 2019, 17:48 İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL 20 Avqust 2019, 17:43 Manatın sabaha olan məzənnəsi 20 Avqust 2019, 17:23 Putin Makronla Qarabağı müzakirə etdi 20 Avqust 2019, 17:21 Şabranda YANĞIN: 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb 20 Avqust 2019, 17:10 Hirkan qoruğundakı yanğının söndürülməsinə helikopter cəlb edildi 20 Avqust 2019, 17:05 “Qaçqınkom” sədri vətəndaşları əmin etdi 20 Avqust 2019, 16:47 Gələn il yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır 20 Avqust 2019, 16:33 5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq 20 Avqust 2019, 16:27 Bakıda 19 yerdə məktəb yarmarkası fəaliyyətə başlayıb 20 Avqust 2019, 16:22 Azərbaycana 7 ayda gələn turist sayı... 20 Avqust 2019, 16:14 Azərbaycanda Avrasiya Xalqları Günləri keçiriləcək 20 Avqust 2019, 15:56 Şuranın dəstəyi ilə grant.az saytı yaradılacaq 20 Avqust 2019, 15:53 Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin axtarışına qoşulanlara təşəkkür etdi 20 Avqust 2019, 15:36 Prezident ölkədə oliqarxların olmaması ilə fəxr etdi 20 Avqust 2019, 15:28 Bu il Azərbaycan əhalisinin gəlirləri 32 milyard manatı ötüb 20 Avqust 2019, 15:15 Nursultan Nazarbayev klip çəkdirdi - VİDEO 20 Avqust 2019, 14:51 Dövlət Komitəsindən “Torqovı” biabırçılığına REAKSİYA: “Heç bir əxlaqa sığmır” 20 Avqust 2019, 14:34 Abituriyentlər elektron arayış əldə edə biləcəklər DİM-dən YENİLİK 20 Avqust 2019, 14:24 Hirkan qoruğunda yanğın oldu 20 Avqust 2019, 14:21 Azərbaycanda yeni yaranan partiyalar niyə oturuşa bilmir?.. 20 Avqust 2019, 14:08 Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi 20 Avqust 2019, 13:56 Deputatın seçicilərlə görüşü davam edir 20 Avqust 2019, 13:42 “Maşın” yenidən başlayır 20 Avqust 2019, 13:39 Putindən Fransanın “birinci ledisi”nə qəribə kompliment 20 Avqust 2019, 13:33 Rusiyanın Su-35 qırıcıları Türkiyənin F-16 qırıcılarını Suriyadan “qovdu” 20 Avqust 2019, 13:13 Sabah temperatur 42 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ 20 Avqust 2019, 12:46 Obama, Zukerberq və Geyts Ermənistana gedir 20 Avqust 2019, 12:35 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI 20 Avqust 2019, 12:31 Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxundu   20 Avqust 2019, 12:09 Bakıda yaşayış binası yanır - sakinlər təxliyə edilib 20 Avqust 2019, 12:04 Ağstafada piyadanı vurub qaçan sürücü həbs olundu 20 Avqust 2019, 11:57