Modern.az

Saakaşvili hərbi xidmətə yararlı sayıldı

Saakaşvili hərbi xidmətə yararlı sayıldı

14 İyun 2019, 14:26

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukraynada hərbi xidmətə yararlı tanındığını etiraf edib.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o bu barədə “Facebook”da yazıb.

 

“Sağlamlığım əladır. Hərbi xidmətə yararlı olduğum üçün əlimdə silah Ukraynanı qorumağa hazıram”.

 

Xatırladaq ki, Mixail Saakaşvilini 2017-ci ilin iyulunda vətəndaşlıqdan məhrum etmişdilər. Bu il mayın 28-də isə onun vətəndaşlığı yenidən bərpa olunub.  

 

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi