Arxiv
20 İyun 2019, 19:26 | AKTUAL
Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyətinin təkmilləşdirilməsi barədə fərman imzalayıb.

 

Modern.az-ın xəbərinə görə, fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna çevrilmə yolu ilə yenidən təşkil edilsin.

Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxsin fəaliyyətə başlaması və nizamnamə fondunun formalaşdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə 1 milyon manat ayrılsın.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Kənd Təsərrüfatı Nazirliyinə tapşırılır ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin; nizamnaməsini, optimallaşdırma həyata keçirilməklə strukturunu, işçilərinin say həddini iki ay müddətində təsdiq etsin; dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin.

Maliyyə Nazirliyinə tapşırılır ki, bu Fərmanın 2-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin; “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 1.1.3.9-cu yarımbəndi üzrə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna nəzərdə tutulmuş vəsaitin qalığının müvafiq olaraq bu Fərmanın 1-ci hissəsində göstərilmiş publik hüquqi şəxsin hesabına köçürülməsi ilə bağlı tədbirlər görsün və həmin publik hüquqi şəxsin saxlanılması üçün tələb olunan vəsaiti növbəti illərdə dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

Əmlak Məsələləri Dövlət Komitəsi Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun istifadəsində olan dövlət əmlakının bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxsin balansına verilməsi ilə bağlı tədbirlər görəcək.

Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu öz fəaliyyətini davam etdirəcək.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə veriləcək 17 İyul 2019, 14:36 50 milyon manatlıq istiqrazlar... 17 İyul 2019, 14:23 Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ 17 İyul 2019, 14:19 59 vakant vəzifə - 24 namizəd uğur qazanıb 17 İyul 2019, 14:16 Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib 17 İyul 2019, 14:14 Sədərəkdə yumurtadan kütləvi zəhərlənmə - 3 nəfər xəstəxanaya yerləşdirildi 17 İyul 2019, 14:02 Şəhid övladları üçün yay düşərgəsi təşkil olundu 17 İyul 2019, 13:45 Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlandı 17 İyul 2019, 13:24 Piyadanı vurub qaçan sürücü tutuldu 17 İyul 2019, 13:02 Sürücülərin NƏZƏRİNƏ: Bu zolağa girənlər cərimələnəcək 17 İyul 2019, 12:56 Əli Əhmədov BMT rəsmisi ilə DANIŞIQLARDA 17 İyul 2019, 12:56 Sabahın havası - 39 dərəcə isti olacaq 17 İyul 2019, 12:53 Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlandı 17 İyul 2019, 12:47 Azərbaycanda yeni qurum yaradılır - minlərlə boşanmış qadına çarə ola bilər... 17 İyul 2019, 12:33 Meyvə oğrusu saxlanıldı 17 İyul 2019, 12:27 Azərbaycana ət idxalı ARTIB 17 İyul 2019, 12:23 Ərəb turist Bakıda qadını döyüb? - RƏSMİ AÇIQLAMA 17 İyul 2019, 12:07 Naxçıvandan Bakıya uçan təyyarə quşla toqquşdu 17 İyul 2019, 12:02 Nazir təltif edilmiş əməkdaşlara vəsiqələr və medalları təqdim etdi 17 İyul 2019, 12:01 Şamaxıda qədim məscid aşkarlandı   17 İyul 2019, 11:47 Gürcüstandan “Keşikçidağ mübahisəsi”ni həll etmək üçün maraqlı TƏKLİF 17 İyul 2019, 11:31 AQTA BMT ilə birgə baytarları təlimlərə cəlb edəcək 17 İyul 2019, 11:28 Qənirə Paşayeva fransalı qadınlara Qarabağ həqiqətlərindən DANIŞDI   17 İyul 2019, 11:14 “Keçid balları I və IV qrupda azı 50-70 bal aşağı düşəcək” 17 İyul 2019, 11:08 Rusiya Ermənistan üçün yeni Atom Elektrik Stansiyası inşa edəcək 17 İyul 2019, 11:05 Ötən gün qəzada ölənlərdən biri tələbədir - FOTO 17 İyul 2019, 11:00 İxtisas seçimi edəcək edəcək abituriyentlərin nəzərinə! 17 İyul 2019, 10:49 Xəzəri hasarlayanlar təftiş edilir - 40 min manatadək CƏRİMƏ 17 İyul 2019, 10:47 Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək   17 İyul 2019, 10:46 Şəkidə xəsarət alanların SON DURUMU 17 İyul 2019, 10:45 210 kiloqramlıq inək öldü, ətini satmaq istədi - FOTO 17 İyul 2019, 10:34 Hərbi birlikdə təlim toplantısı keçirildi 17 İyul 2019, 10:21 Kənd Təsərrüfatı İnformasiya Sistemində hüquqi şəxslərin qeydiyyatı başladı 17 İyul 2019, 09:57 Azərbaycana ən çox pul yatıran ölkələr – SİYAHI 17 İyul 2019, 09:53 BMT Goranboyda cinsi zorakılıqla bağlı tədbir keçirdi 17 İyul 2019, 09:52