Modern.az

Elza Yazıçılar Birliyinə üzv olmaqda israrlıdır

Elza Yazıçılar Birliyinə üzv olmaqda israrlıdır

Aktual

24 İyun 2019, 11:25

Bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahan  Yazıçılar Birliyinə üzv olmaqda israrlıdır. E.Seyidcahan Modern.az-a açıqlamasında bildirib ki, gələcəkdə Yazıçılar Birliyinə üzv ola bilər.

“Yazıçılar Birliyinə niyə də üzv olmayım? Yəqin ki,  gələcəkdə Birliyin üzvü olacağam”.

Sonuncu şeirinin hələ yayımlanmadağını bildirən müğənni yeni şeirinin adını da ilk dəfə  açıqlayıb.

“Düzdür hələ ki, mətbuatda yayımlanmayıb, amma yeni şeirim artıq hazırdır. Şeirin adı “Evsiz adamlar, adamsız evlər” adlanır”.

 

O, müəllifi olduğu "Mən dəlinin rəssamı” adlı kitabının Türkiyədə tərcümə olunub, satışa çıxarıldığını bildirib.

Kitab həmçinin ingilis dilinə də tərcümə edilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!