Arxiv
26 İyun 2019, 20:03 | ÖLKƏ
İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək”

“Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək”.


Modern.az xəbər verir ki, bunu iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olduqdan sonra kursant və müəllimlər qarşısında çıxışında bildirib.

Dövlət başçısı qeyd edib: "Silahlı Qüvvələr Günü münasibətilə Sizi təbrik edir, hər birinizə uğurlar arzulayıram. Arzu edirəm ki, siz gözəl hərbçi kimi özünüzü göstərəsiniz.

Bilirsiniz ki, bu məktəbin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun təşəbbüsü ilə bu məktəb 1971-ci ildə yaradılmışdır. Ulu Öndər həmişə bu məktəbin fəaliyyətinə böyük diqqət göstərmişdir. Hələ o vaxt bilirdi ki, bizə milli hərbçi kadrlar lazım olacaq və belə də oldu".

Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır: "Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir.

Ulu Öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir.

Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək.

Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək.

Azərbaycan bu gün bütün sahələrdə uğurla inkişaf edir. Əminəm ki, bu inkişaf dayanıqlı olacaq.

Sizə - burada oxuyan kursantlara və çalışan müəllimlərə yeni uğurlar, cansağlığı arzulayıram. Vətənin qorunması işində siz həmişə fəal olmalısınız və öz gücünüzü göstərməlisiniz.

Sizi bir daha təbrik edirəm.

Bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir və sizə yeni uğurlar arzulayıram. Sağ olun".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ayı İsmayıllı sakininə həyətində hücum etdi 15 Sentyabr 2019, 13:26 Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi keçirilib - VİDEO   15 Sentyabr 2019, 13:17 Elçibəyin oğlu: “Hələ ki, toy etmək barədə düşünmürəm”   15 Sentyabr 2019, 13:05 Son 4 il 8 ayda texniki itkilər 2 dəfəyə qədər azalıb   15 Sentyabr 2019, 12:54 İlham Əliyev Bilik Günü münasibətilə "Facebook"da paylaşım etdi 15 Sentyabr 2019, 12:45 Özbəkistanın Türk Şurasına gəlişi BƏYANATA səbəb oldu 15 Sentyabr 2019, 12:32 Sabahın hava PROQNOZU - 30 dərəcə İSTİ 15 Sentyabr 2019, 12:29 Xurafatdan vəhdətə aparan missiya - Builki Aşura hansı məqamlarla yadda qaldı? 15 Sentyabr 2019, 12:19 Mehriban Əliyevadan Bilik günü TƏBRİKİ 15 Sentyabr 2019, 12:10 Bir şəklin tarixçəsi - Bakıya yeridilən ingilis əsgərlərin AQİBƏTİ 15 Sentyabr 2019, 11:56 Bakıdakı hansı məktəblər sökülüb-tikildi? - SİYAHI 15 Sentyabr 2019, 11:47 Bakıda 414 844 şagird oxuyur, 27 930 müəllim çalışır - RƏSMİ 15 Sentyabr 2019, 11:40 Azərbaycanda sabiq deputat vəfat edib 15 Sentyabr 2019, 11:32 İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötür - Cinayətin istintaqı nə yerdədir? 15 Sentyabr 2019, 11:13 Təmizliyin İsveçrə modeli 15 Sentyabr 2019, 10:11 Bu gün “Qarabağ” - “Neftçi” oyunu keçiriləcək 15 Sentyabr 2019, 09:53 Ermənistan atəşkəsi 22 dəfə pozdu 15 Sentyabr 2019, 09:49 “Azərbaycan, gəldik!” deyən PAŞALAR 15 Sentyabr 2019, 09:18 Üç qadının sevdiyi rejissor... 15 Sentyabr 2019, 09:15 Metroda silahlı insident 15 Sentyabr 2019, 00:46 Mehriban Əliyeva İvanovkada Mədəniyyət Sarayının açılışında - FOTO 15 Sentyabr 2019, 00:31 Azərbaycanda Bilik günüdür 15 Sentyabr 2019, 00:15 Bakının azad olunmasından 101 il ötür 15 Sentyabr 2019, 00:01 Bakıda ağır qəza: 3 ölü, 6 yaralı 14 Sentyabr 2019, 23:50 5,9 bal gücündə zəlzələ oldu 14 Sentyabr 2019, 23:29 Qusarda itkin düşən qadın və azyaşlı qızı tapılıb 14 Sentyabr 2019, 23:07 Mehriban Əliyeva İsmayıllıda - FOTOLAR 14 Sentyabr 2019, 22:41 Səhiyyədə şəffaflıq və hesabatlılıq müzakirə olundu 14 Sentyabr 2019, 22:11 Rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlar - REKTOR ÇIXIŞ YOLU GÖSTƏRDİ 14 Sentyabr 2019, 21:57 Mehriban Əliyeva Şamaxı Cümə məscidində olub - FOTOLAR 14 Sentyabr 2019, 21:44 ABŞ hərbi gəmisi İstanbul boğazında 14 Sentyabr 2019, 21:28 Neft emalı zavodunda partlayış 14 Sentyabr 2019, 21:16 Mehriban Əliyeva Şamaxıda məktəb açılışında - FOTOLAR 14 Sentyabr 2019, 21:02 Ağsu polisi aztəminatlı ailələri sevindirdi 14 Sentyabr 2019, 20:46 Mehriban Əliyeva  Şamaxıda əhali ilə görüşdü - FOTOLAR 14 Sentyabr 2019, 20:33