Modern.az

"Xəzər" TV-nin 19 yaşı oldu

"Xəzər" TV-nin 19 yaşı oldu

Ölkə

Bu gün, 18:58

Ölkənin televiziya məkanında xüsusi yeri olan "Xəzər" televiziyasının fəaliyyətə başlamasından 19 il ötür.

Modern.az xəbər verir ki, "Xəzər" TV 2007-ci il oktyabrın 5-dən mavi ekranların bəzəyinə çevrilib. Kanalda cari xəbər verilişləri, həmçinin analitik, ictimai-siyasi, sosial, musiqili, intellektual, əyləncəli və sənədli verilişlər də yayımlanır.

"Xəzər" TV komandasının prioriteti yayımı müasir çağırışlara və informasiya-kommunikasiya texnologiyalarının inkişaf tələblərinə cavab verən formatda təşkil etməkdir. Bu məqsədlə kanal təkcə yerli deyil, həm də beynəlxalq mütəxəssisləri cəlb edir.

Qeyd edək ki, Murad Dadaşov 2020-ci il martın 5-dən "Xəzər" TV MMC-nin baş direktoru vəzifəsində çalışır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?