Avstriyanın Azərbaycanda yeni səfiri Ettienn Berxtold oktyabrın 5-də Prezident İlham Əliyevə etimadnaməsini azərbaycanca təqdim edib.
Modern.az xəbər verir ki, diplomat Azərbaycan dilində deyib:
"Zati-aliləri cənab Prezident, Avstriyanın Bakıdakı yeni səfiri olaraq öz etimadnaməmi Sizə təqdim etməkdən şərəf duyuram".
Ettienn Berxtold Azərbaycandakı diplomatik fəaliyyəti dövründə dili daha yaxşı öyrənəcəyinə ümidvarlığını bildirib.
Dövlət başçısı səfirin Azərbaycan dilində danışmasından məmnunluğunu ifadə edib.