Arxiv
5 İyul 2019, 08:39 | ÖLKƏ
Ölən adət-ənənələr - Azərbaycanda yasda şənlənir, toyda qəmlənirlər...

Azərbaycan xalqının adət-ənənələri içərisində toy, yas mərasimlərin keçirilməsi xüsusi yer tutur. İnsanları bir araya gətirən və bir-birinə zidd olan bu iki məclisə son zamanlar yanaşma, münasibət  xeyli dəyişib.


Yasda deyib-gülən, toyda kefsiz, bikef oturanları müşahidə etmək kifayətdir ki, yuxarıda yazdığımızın şahidi olasan. İş o yerə çatıb ki, hətta yas yerində ölü ilə selfi çəkdirib, sosial şəbəkələrdə paylaşırlar. İnsanları bu qədər dəyişən nədir? Hislərin ölməsi, yoxsa başqa problemlər? 


Mövzu ilə bağlı Modern.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu deyir ki, əvvələr toy olanda hamı sevinirdi, indi belə deyil:


“Əvvəllər toy insanları ağır iqtisadi çətinliklərlə üz-üzə qoymurdu. Hər kəs öz büdcəsinə uyğun süfrə açırdı. Çox az miqdarda pulla toyu yola vermək mümkün idi. Ən gözəl tərəfi də o idi ki, toy sahibləri düşünmürdü ki, qonaqlar bu toya nə qədər pul verəcək. Hamı yığışıb, şənlənirdi, sonda yaxın adamlar gəlinə yaylıq, bəzək əşyası bağışlayırdı. İndi elə olur ki, bir ayda 6-7 toya dəvət alırsan. Elə o toyun dəvətnaməsi gələndə insanı kədər basır. Çünki indi orta əməkhaqqı 300 manatdırsa, gərək nəsə başqa işlərlə məşğul olasan ki, toya pul yazdıra biləsən. Toya gələnədək pul məsələsi adamı elə yorur ki, artıq çənlik mərasimində insanda  mənfi ovqat yaranır.
Mərasimdə ifa olunan musiqilər də ortayaşlı və yaşlı nəslin demək olar ki, zövqü ilə üst-üstə düşmür.  Belə olan halda adamlar məcburən oturduqları bir ortamdan, qəlbən sevinmədikləri  bir yerdən razı qala, əylənə bilməzlər”.


Yas mərasimlərindəki vəziyyətə toxunan sosioloq bildirir ki, doğrudan da son vaxtlar kişilər yas çadırını az qala zarafat məkanına çeviriblər:


“Kişilərlə yasda eyni ortamda olduğumdan bu halı müşahidə edirəm.  Mərasim zamanı kimisi zarafat edir, kimisi  gələnlərdən birini lağ-lağaya qoyur. Buna da səbəb odur ki, insanlar arasında münasibətlər köklü dərəcədə dəyişib.  Əvvəllər münasibətləri tənzimləyən aparacı xüsusiyyət mənəvi dəyərlər idi. İndi mənəvi dəyərlər arxa plana keçib”.


Sosioloqun sözlərinə görə, televiyazalardakı qeyri-ciddi, “şit” verlişlər insanların xarakterinə çox təsir edib:


“Bütün günü televiziyada yüngül xarakterli verlişlər yayımlanır. Bu da bilavasitə insanların əhval və xarakterinə çox ciddi təsir edir. Şou xatirinə  qeyri-ciddi, yüngül xarakterli insanları efirə çıxarmaq və məqsəd kimi yalnız güldürən verlişlərin olması cəmiyyətə əhəmiyyətli dərəcədə təsir edir.  
İnsanların yasa, toya qarşı münasibətləri cılızlaşır hər şeyi adi qəbul edirlər. Ümumilikdə insanın  davranışına olduğu mühit, aldığı informasiyalar, üstünlük verdiyi dəyərlər mühüm təsir edir. Toy və yasda özünü aparmaq birinci növbədə insanın psixologiyasından, xarakterindən aslıdır. Mühit olaraq da görür ki, ətrafındakılar toy-yas mərasiminə adi yanaşır ki, onda da bu cür münasibət yaranır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ayı İsmayıllı sakininə həyətində hücum etdi 15 Sentyabr 2019, 13:26 Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi keçirilib - VİDEO   15 Sentyabr 2019, 13:17 Elçibəyin oğlu: “Hələ ki, toy etmək barədə düşünmürəm”   15 Sentyabr 2019, 13:05 Son 4 il 8 ayda texniki itkilər 2 dəfəyə qədər azalıb   15 Sentyabr 2019, 12:54 İlham Əliyev Bilik Günü münasibətilə "Facebook"da paylaşım etdi 15 Sentyabr 2019, 12:45 Özbəkistanın Türk Şurasına gəlişi BƏYANATA səbəb oldu 15 Sentyabr 2019, 12:32 Sabahın hava PROQNOZU - 30 dərəcə İSTİ 15 Sentyabr 2019, 12:29 Xurafatdan vəhdətə aparan missiya - Builki Aşura hansı məqamlarla yadda qaldı? 15 Sentyabr 2019, 12:19 Mehriban Əliyevadan Bilik günü TƏBRİKİ 15 Sentyabr 2019, 12:10 Bir şəklin tarixçəsi - Bakıya yeridilən ingilis əsgərlərin AQİBƏTİ 15 Sentyabr 2019, 11:56 Bakıdakı hansı məktəblər sökülüb-tikildi? - SİYAHI 15 Sentyabr 2019, 11:47 Bakıda 414 844 şagird oxuyur, 27 930 müəllim çalışır - RƏSMİ 15 Sentyabr 2019, 11:40 Azərbaycanda sabiq deputat vəfat edib 15 Sentyabr 2019, 11:32 İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötür - Cinayətin istintaqı nə yerdədir? 15 Sentyabr 2019, 11:13 Təmizliyin İsveçrə modeli 15 Sentyabr 2019, 10:11 Bu gün “Qarabağ” - “Neftçi” oyunu keçiriləcək 15 Sentyabr 2019, 09:53 Ermənistan atəşkəsi 22 dəfə pozdu 15 Sentyabr 2019, 09:49 “Azərbaycan, gəldik!” deyən PAŞALAR 15 Sentyabr 2019, 09:18 Üç qadının sevdiyi rejissor... 15 Sentyabr 2019, 09:15 Metroda silahlı insident 15 Sentyabr 2019, 00:46 Mehriban Əliyeva İvanovkada Mədəniyyət Sarayının açılışında - FOTO 15 Sentyabr 2019, 00:31 Azərbaycanda Bilik günüdür 15 Sentyabr 2019, 00:15 Bakının azad olunmasından 101 il ötür 15 Sentyabr 2019, 00:01 Bakıda ağır qəza: 3 ölü, 6 yaralı 14 Sentyabr 2019, 23:50 5,9 bal gücündə zəlzələ oldu 14 Sentyabr 2019, 23:29 Qusarda itkin düşən qadın və azyaşlı qızı tapılıb 14 Sentyabr 2019, 23:07 Mehriban Əliyeva İsmayıllıda - FOTOLAR 14 Sentyabr 2019, 22:41 Səhiyyədə şəffaflıq və hesabatlılıq müzakirə olundu 14 Sentyabr 2019, 22:11 Rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlar - REKTOR ÇIXIŞ YOLU GÖSTƏRDİ 14 Sentyabr 2019, 21:57 Mehriban Əliyeva Şamaxı Cümə məscidində olub - FOTOLAR 14 Sentyabr 2019, 21:44 ABŞ hərbi gəmisi İstanbul boğazında 14 Sentyabr 2019, 21:28 Neft emalı zavodunda partlayış 14 Sentyabr 2019, 21:16 Mehriban Əliyeva Şamaxıda məktəb açılışında - FOTOLAR 14 Sentyabr 2019, 21:02 Ağsu polisi aztəminatlı ailələri sevindirdi 14 Sentyabr 2019, 20:46 Mehriban Əliyeva  Şamaxıda əhali ilə görüşdü - FOTOLAR 14 Sentyabr 2019, 20:33