Arxiv
11 İyul 2019, 11:17 | İQTİSADİYYAT
Lari büdrədi, manatın taleyi necə olacaq?

Gürcüstanın milli valyutası larinin dollar qarşısında xeyli ucuzlaşması ictimaiyyəti maraqlandıran məsələlərdən biridir.

İqtisadçı Vüqar Bayramov Modern.az-a danışarkən bildirib ki,bu, son günlər onlara ən çox müraciət olunan sualdır.

 

Ekspert bildirib ki, Gürcüstanda artıq 1 dollar almaq üçün 2.87 lari ödəmək lazımdır:

“Düz bir il əvvəl Tbilisidə 1 dollar 2.4 lariyə dəyişdirilirdi. Bu o deməkdir ki, son 1 ildə lari 17 faiz dəyər itirib. Gürcüstana ildə 1.5 milyon turist göndərən Rusiyanın gürcü mallarının idxalını əngəlləcəyi təhlükəsi lariyə təzyiqi artırır. İki ölkə arasında gərginliyin artacağı halda larinin daha da ucuzlaşacağı istisna olunmur.

 

Gürcüstan Azərbaycanın qeyri-neft ixracatında ilk üçlüyə daxil ola bilməsə də, ən çox neft olmayan məhsullarımızı göndərdiyimiz dördüncü ölkədir. Azərbaycan 2018-ci ildə qonşu ölkəyə 124,5 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib. Bu üçüncü ən çox qeyri-neft məhsulu göndərdiyimiz İsveçrədən cəmi 11 milyon az ixrac deməkdir. Gürcüstanla illik ticarət dövriyyəimiz isə ötən il əvvəlki illə müqayisədə 5 faiz artaraq, 579 milyon dollara çatıb. Tranzit əməkdaşlığı da bura əlavə etsək əminliklə qeyd etmək olar ki, Gürcüstan Azərbaycan üçün vacib iqtisadi tərəfdaşlardandır”.

 

V.Bayramovun sözlərinə görə, larinin ucuzlaşması manata psixoloji təsir etməkdədir:

“Artıq bir sıra valyutadəyişmə məntəqələrində dolların alış kursu çox cüzi olsa da bahalaşıb. Bir sıra banklarda 1 dollar 1.7007 manata təklif edilir. Doğrudur, neftin qiyməti Mərkəzi Bank üçün məqbul səviyyədədir. Artıq neftin 1 bareli 67 dollardan baha satılır. Bununla belə, qonşu ölkələrin milli valyutalarının ucuzlaşması bizim valyuta bazarımıza təsirsiz ötüşmür. Amma yenə də Mərkəzi Bankın mövqeyi həlledicidir. Güman olunur ki, manatın məzənnəsinin necə dəyişməsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Bununla yanaşı, bu ilin avqust və dekabr aylarında dollara tələbin yenidən artacağı gözlənilir. Belə ki, avqustun ikinci yarısı və sentyabrın əvvəli idxal olunan məktəb ləvazimatlarına tələb artıdığına görə dollar alışı yüksəlir. İlin sonunda da idxal və xarici turist səfərlərinin sayı artır. Dövlət və özəl müəssisələrin xarici borc öhdəlikləri var və bu da dollara tələbi artır. O baxımdan, biz yenidən ilin sonunda dollara tələbin artacağını proqnozlaşdırırıq. Bu baxımdan, Mərkəzi Bank dollar təklifini aylar üzrə optimallaşdırmağa çalışmalıdır”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha bir ölkə Türkiyəyə silah satışını dayandırdı 16 Oktyabr 2019, 00:34 Paşinyan Qarabağı geri qaytarmağa hazırdır - Generaldan şok açıqlama 16 Oktyabr 2019, 00:21 Suriyada 611 terrorçu məhv edilib 16 Oktyabr 2019, 00:04 Bakıda qadınlar arasında əlbəyaxa dava  15 Oktyabr 2019, 23:49 Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar 15 Oktyabr 2019, 23:30 Zəngəzurun Ermənistana verilməsi... 15 Oktyabr 2019, 23:16 Koreya rəsmisi Azərbaycana gəldi 15 Oktyabr 2019, 22:59 Bakıda marşrut avtobusu piyada qadını vurdu 15 Oktyabr 2019, 22:38 Nazir Avropa İttifaqı ilə əməkdaşlığı müzakirə etdi 15 Oktyabr 2019, 22:23 Gürcüstanda zəlzələ oldu 15 Oktyabr 2019, 22:04 Azərbaycan - İsveçrə oyununda yanğın 15 Oktyabr 2019, 21:44 Türkiyə ordusu Suriyada iki şəhid verdi - FOTO 15 Oktyabr 2019, 21:29 Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilən tədbirdə - FOTO 15 Oktyabr 2019, 21:12 Ramil Usubov təhlükəsizlik məsələlərini müzakirə etdi 15 Oktyabr 2019, 20:57 Azay Quliyev seçicilərini qəbul edib - FOTO 15 Oktyabr 2019, 20:43 Prezident 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları ilə bağlı müşavirə keçirdi 15 Oktyabr 2019, 20:28 Hərbi helikopter qəzaya uğrayıb 15 Oktyabr 2019, 20:15 Yasamalda ağac qırılıb avtobus dayanacağına düşdü: Yaralılar var 15 Oktyabr 2019, 20:02 Azərbaycan millisi San Marinonu məğlub edib 15 Oktyabr 2019, 19:52 Azərbaycan Rusiyaya NOTA verib 15 Oktyabr 2019, 19:20 Nəsimidə ikimərtəbəli ev yanıb 15 Oktyabr 2019, 19:03 Rövşən Rzayev vətəndaşları qəbul etdi 15 Oktyabr 2019, 18:59 Ceyhun Bayramov dünya çempionu olan məktəbli ilə görüşüb 15 Oktyabr 2019, 18:57 Əli Əhmədov: “Bu günə qədər 300 minə qədər köçkün mənzillə təmin olunub” 15 Oktyabr 2019, 18:46 Deputat: “Bu görüş tarixi əhəmiyyətə malikdir” 15 Oktyabr 2019, 18:43 ƏDV nə zaman qaytarılacaq? - RƏSMİ 15 Oktyabr 2019, 18:33 Ərdoğan Bakıdan getdi - FOTO 15 Oktyabr 2019, 18:19 Ərdoğanın “bir millət, altı dövlət” fikri alqışlandı: “Qardaşların bir arada olması hamını güclü edər” 15 Oktyabr 2019, 18:09 “Volkswagen” Türkiyədə avtomobil zavodunun tikintisindən imtina etdi 15 Oktyabr 2019, 17:48 Bir neçə məktəb direktorunun işi məhkəmədədir” - Nazir müavini 15 Oktyabr 2019, 17:45 Azərbaycanın kəndli qadınları - 15 oktyabr onların GÜNÜDÜR 15 Oktyabr 2019, 17:40 Goranboy bu məhsulun tədarükünə görə ilk sıralardadı   15 Oktyabr 2019, 17:39 Binəqədidə “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi 15 Oktyabr 2019, 17:37 Bu şəkilə görə İstanbul Çempionlar Liqasının finalından məhrum ola bilər - FOTO 15 Oktyabr 2019, 17:31 Mehriban Əliyeva akademikin yasına gəldi - FOTOLAR 15 Oktyabr 2019, 17:26