Modern.az

Şəkidə 2 azyaşlı yol qəzasında yaralandı

Şəkidə 2 azyaşlı yol qəzasında yaralandı

Aktual

16 İyul 2019, 18:45

Şəkidə 2 azyaşlının xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Karvansaray adlanan ərazisində baş verib. Şəhər ərazisində torpaqla dolu "ZİL" markalı yük avtomobili idarəetməni itirərək divara çırpılıb. Nəticədə yük maşınındakı torpaq ərazidə olan azyaşlılar - 2009-cu il təvəllüdlü İsmayıl Babayev və 2007-ci il təvəllüdlü Mirağa Mehdiyevin üzərinə tökülüb.

Hər iki azyaşlı Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır