Modern.az

Arvadını qətlə yetirən şəxsin istintaqı yekunlaşdı

Arvadını qətlə yetirən şəxsin istintaqı yekunlaşdı

22 İyul 2019, 20:01

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Rövşən Dadaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Modern.az  APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, qətl bu il yanvarın 11-də Nəsimi rayonunda baş verib. Masallı rayon sakini, 38 yaşlı Rövşən Dadaşov yaşadığı evdə həyat yoldaşı, 31 yaşlı Aidə Dadaşovanın başına küt alətlə vuraraq onu qətlə yetirib. R.Dadaşov tutulub.

Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi